Rusiya prezidenti Dmitri Medvedev dekabrın 3-də deyir ki, WikiLeaks saytının yaydığı məlumatlar ABŞ diplomatiyasının “utanmazlığı”nı nümayiş etdirir. Bunu Rusiya prezidenti dekabrın 3-də İtaliyanın Baş naziri Silvo Berluskoni ilə görüşündən sonra keçirilən və televiziya ilə yayılan mətbuat konfransında bildirib.
Saytın son günlər yaydığı və ABŞ dilomatlarının dünyanın müxtəlif ölkələrindən göndərdikləri gizli məktublar olduğunu iddia etdiyi sənədlərdə prezident Medvedevin baş nazir Putindən daha zəif lider olduğu qeyd edilir.
Medvedev əlavə edib ki, Rusiya diplomatlarının xarici ölkə rəsmiləri haqqında Moskvaya göndərdikləri məktublar üzə çıxsa, bunların daha nəzakətli olduğu görünərdi.
- Əgər Allah eləməsin, Rusiya Xarici İşlər Nazirliyi, ya da təhlükəsizlik xidməti əməkdaşlarının başqaları, o cümlədən amerikalı tərəfdaşlarımız haqqında dəyərləndirmələri mediaya çıxsa, bu da maraqlı olardı. Amma buna ehtiyac varmı? Diplomatiya bank işi kimi sakit işdir, bu, müəyyən prinsiplər əsasında həyata keçirilməlidir.
Amma Medvedev bildirib ki, Rusiya belə şeylərə fikir verən deyil, onun ABŞ-la əlaqəsi hansısa informasiya sızmalarına bağlı deyil.