Nobel mükafatlı alman yazıçısı Herta Müllerin “Nəfəs yelləncəyi” kitabı Bakıda da çap edildi.
Kitabı “Qanun nəşriyyatı”nın sifarişi ilə birbaşa alman dilindən Zaur Qurbanlı və Qurban Dağlı tərcümə edib.
...Rumıniya. Müharibənin sonu. Almanlar qorxu içində yaşayırlar.
”Patrul məni aparmağa gələndə 1945-ci ilin yanvar ayının 15-i, gecə saat 3 idi.
Şaxta şiddətlənirdi, havanın temperaturu -15° C idi.”
Gənc adam öz hekayətini belə başlayır.
Onun qarşısında heç cür təsəvvür edə bilməyəcəyi beş il var. Onu tamamilə başqa bir insan kimi geri qaytaracaq beş il...
Herta Müller romanda Zibenbürgendən olan bir gəncin rusların yaratdığı əmək düşərgəsinə aparılmasından, orada çəkdiyi acılarından bəhs edir.
“Mən masanın arxasında əyləşib, gecənin yarısını gözləməyə başladım. Gecəyarısı tamam olsa da, patrul gecikirdi. 1-2 saat da keçdi və buna dözməyə artıq tabım yox idi. Nəhayət onlar gəldilər.
Anam mənə qara rəngli məxmər parça zolağı olan paltonu geyinməyə kömək etdi. Sürüşüb paltonun içinə girdim. Anam ağlayırdı.
Yaşıl əlcəkləri taxdım. Taxta dəhlizdə, düz qaz sayğacının olduğu yerdə nənəm mənə dedi: “Mən bilirəm ki, sən geri dönəcəksən”.
Bu cümləni məqsədli şəkildə yadda saxlamağa çalışmamışam. Mən onu bilmədən özümlə düşərgəyə aparmışdım.
Heç bu cümlənin məni müşayiət etdiyini də bilmirdim. Amma belə cümlələrin müstəqil kimliyi olur.
O götürdüyüm kitablardan daha çox mənim qəlbimdə çalışmışdır. “Mən bilirəm ki sən geri dönəcəksən” ürək formalı bel ilə əlbir və aclıq mələyi ilə rəqib oldu.
Geri döndüyümə görə deyə bilərəm ki, belə bir cümlə insanı həyatda saxlayır”.
Herta Müller Oskar Pastor və düşərgədə olmuş digər zərərçəkmişlərlə çoxsaylı görüşlərindən yetərincə material toplayaraq sonradan bunları roman halına salıb.
Beləlikə o, Avropa tarixinin hələ də tamamən qapalı qalmış bir səhifəsini cavan bir oğlanın kifayət qədər dərin individual həyat hekayəti ilə çatdıra və unudulmuş mənzərələrdə əks etdirə bilir.