Azərbaycanlı şagirdlər hamıdan pis oxuyur?

Azərbaycan şagirdlər oxumaq bacarığına görə 65 ölkə arasında sondan ikincidirlər.
İqitsadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ənənəvi təhsillə bağlı dekabrın 7-də açıqlanan hesabatında belə deyilir.


ƏN AĞILLI ŞAGİRDLƏR...

Hesabatı hazırlamaq üçün 65 ölkədən 470 minə yaxın 15 yaşlı şagird arasında test aparılıb. Ölkə miqyasında Cənubi Koreya və Finlandiya daha yaxşıdır, ancaq ayrılqıda götürəndə Çindəki Şanxay şəhərinin şagirdləri hər kəsdən bacarıqlı çıxıblar.

Hesabata görə, Şanxaylı yeniyetmələr oxumaq bacarığı, riyaziyyat, elm əvə ədəbiyyat sahəsində dünyada hamıdan öndədirlər.

Şanxaylı şagirdlərin ¼ , 25 faizi qəliz riyazi məsələri asanlıqla həll edə bilir, 65 ölkənin ortalama göstərici isə cəmi 3 faizdir.


VƏ AZƏRBAYCAN


Azərbaycanlı şagirdlər isə oxumaq bacarığına görə, bu siyahıda 362 balla axırdan ikinci sırada qərarlaşıb və ancaq Qırğızıstanı qabaqlayır. Riyaziyyat və Təbiət elmləri sahəsində azərbaycanlı şagirdlər 431 və 373 balla daha yaxşı nəticə göstəriblər.

Siyahıda Finlandiya və Cənubi Koreya ilə yanaşı Honq Konq, Sinqapur, Tayvan və Yaponiyada öndə gəlir.

Təşkialtın baş katibi Angel Gurria deyir ki, araşdırma göstərib ki, varlı ölkələr daha keyfiyyətli təhsil verir deyimi artıq gündəmdən düşüb.