Tənqidçi Cavanşir Yusifli bu məqaləsi ilə gənc yazar Sevinc Pərvanənin "Şəhər" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.
Sevinc Pərvanənin “Şəhər” romanı ədəbi prosesdə canlanma effektinə (-!) əsaslanan əsərlərdəndir.
Effekt demişkən, deyim ki, prosesə sağdan, soldan, ən müxtəlif istiqamətlərdən edilən hücumların fonunda o, qımıldanana oxşamır, əbədi sükutunu qoruyub saxlamağa üstünlük verir.
Bu qeydin bədbinlik notları ilə qətiyyən əlaqəsi yoxdu. Sevincin romanında mətləb elədir ki, bu barədə danışmadan ötüşmək olmur.
"Bu qədər ciddi bir mövzunun, bu qədər orijinal bir mövqenin belə primitiv şəkildə “həlli” şübhəsiz ki, naşılıqdan, qeyri-professionallıqdan xəbər verir".
Sosial mahiyyətli əsər, cəmiyyətin bu və ya digər problemini, yaxud onu küll halında götürüb araşdırmaq istəyi yazıçıdan bir neçə məşəqqətli işi eyni zamanda yerinə yetirməyi tələb edir.
İctimai, siyasi və digər bu kimi motivlərin bədii formada işlənməsi, yeri gəlmişkən deyək ki, jarqonla danışmaq qədər asan deyil.
Sevincin romanı indiki nəsr axınında çılpaqlığı, sözün, cümlənin, kontekstin altında başqa qatların olmadığı, özünün bildiyi, tanıdığı həqiqəti bizə birbaşa təqdim etmək iddiasında olan nümunələrdəndir.
Belə olduqda yazının ilkin şərtlərindən olan professionallıq da ikinci plana keçir. Ancaq professionallığın ikinci, üçüncü... planda olduğu əsəri necə təhlil etməli?
Onun öz diliylə, yoxsa...
“Şəhər” romanı qəfil hadisələrin meydana çıxması, onların ustalıqla, fərqli yönlərdən analizi ilə yadda qalmır, burada qəfillik “sözcüklər” səviyyəsindədir.
Niyyət aydın olsa da, lap belə deyək, sezilsə də, üzə çıxmır, müəllifin addımbaşı işlətdiyi, yaxud sıx-sıx işlətmək həvəsində olduğu sözlərin, ifadələrin altında qalır.
Bu söz və ifadələr elə mövqedən gəlir ki, sanki onların mətnə axınla daxil olması qəzavü-qədərdir (bu qəzavü-qədər “texnologiyası” N.B.Vəzirovun komediyalarında da mövcuddur, xanımlar ətraf aləmə aqoşkadan baxırlar, çölə adlamaq üçün yanıb-tökülürlər, müəllif daxildən burula-burula gələn bu stixiyanı atalar sözlərinə “büküb” təqdim edir), yəni, kiminsə dilindən düşən, ürəyində pıçıldadığı, ancaq aşkarda, ucadan deyə bilmədiyi.... bu ifadələr bu mətnə də girməsəydi, bir dəhşətli qəza baş verəcəkdi.
Müəllif həyatın hardasa kölgədə qalan, təsvirdə uzaqbaşı fərz edilən nəsnələrindən yapışıb onları iri planda göstərmək istərkən zahiri effektlərə o qədər uyur ki (yaxud onların sırasını ixtiyari şəkildə o qədər uzadır ki...), mətləb tez bir zamanda kollajla əvəzlənir, ayrı-ayrı əhvalatlar, olaylar arasında daxili bağ o qədər zəif və yox dərəcəsindədir ki, əsər, mütaliə səni bezdirir, çünki bu qədər ciddi bir mövzunun, bu qədər orijinal bir mövqenin belə primitiv şəkildə “həlli” şübhəsiz ki, naşılıqdan, qeyri-professionallıqdan xəbər verir.
Burada müxtəlif insan adları var, Yetər, Xavər, Rafiq, Almaz...ancaq insan, onun taleyi.... yox, kollajların, variantların məntiqi çözülür, Rafiqin “xədiməm” bəyanatından sonra internet axtarışları, cinsi yetkinlik, cinsi həvəs və sair bu kimi mövzular üzrə internetdən səhifə-səhifə köçürülən (türk saytlarından) yazılar usandırıcı olmaqdan başqa mətni hər cür məntiqdən məhrum edir.
İndi qeyd etdiyim və oxuculara məlum olan digər olaylar, ədəbi prosesdə canlanma yaratmaq arzusu bizdə nə üçün əsasən nəticəsiz qalır, lazımsız dedi-qodulara, qeyri-peşəkar mülahizələrin bütün Azərbaycan məkanını tutmasına gətirib çıxarır.
Məncə bu sual, bu məşəqqət az qala Sevincin romanının mövzusu qədər ciddi bir məsələdir.
Bu “uzun sürən bədbəxt hadisə” (Fransuaz Saqan) cəmiyyətin, ictimai quruluşun xarakteri və insanların üstündə sınanan əzici, qeyri-insani texnologiyalarla əlaqəlidir.
Bu təsiri şəxsən öz üstündə hiss edən yazıçı bu barədə elə yazır ki, elə bil bunları kimsə ona nağıllayıb, hadisənin necə baş verməsi, niyə meydana gəlməsi ... qurulan poetik modelin milyon kilometrliyindədir.
Yeri gəlmişkən deyək ki, indi modelə, oxuduqları əsərlərin müxtəlif texniki yönünə aludəlik, montaj, sürətli yazı stixiyası (məsələn, əlli yaşa qədər 18 roman, 19 pyes, 20 ssenari, 21 hekayə və yüzlərlə cəfəngiyat yazmaq planı), dialoqlarda hamının eyni səs tonu ilə danışması... , bir sözlə, nəsrimizdəki canlanma adamın canını alır.
Əvvəlcə nasirin mətnə necə giriş verdiyindən bəhs edək. “Hər zaman bir “O” dan danışmaq daha çətin. “Mən”in dili daha yüyrək.
Ona görə olub-bitənləri “O”nun yox, “Mən”in dilindən danışacağam. Onun və mənim birgə və ayrılıqda başımıza gələnləri.
O, danışmaq istəyərdi, amma tərəddüdləri vardı. Səmimi ola bilməyəcəyinin özü də fərqində idi. İkimiz də mənim danışmağımı tərcih etdik.
Mən ona daha çox haqq qazandıra bilərdim. Hər halda belə düşünürdük” (səh. 7). Sonra: “...
Bir də ki, inanan inansın, inanmayan inanmasın. İnanmasalar daha yaxşı. Uydurma deyib, çox şeyin üstündən ötəcəklər.
Amma birdən inandılar. Müəllifə dərs vermək istədilər, onda necə? Ən yaxşısı elə inanmamalarıdı (səh. 7-8)”. Sonra: “...Qərara gəldim. Yazıram! Oxuyursuz oxuyun, oxumursuz oxumayın (səh.9)”.
Bu, bizcə, təsvirə, əhvalat danışmağa, bir sözlə, təhkiyəyə tənqidi baxışın nəticəsidir – özündən əvvəl yazılan əsərlərdə həqiqət adına bir şey görməyən insanın ürəyində yaranan təbəddülat – həyatı, cəmiyyətin içini necə təsvir etmək olar ki, bununla hərə öz həqiqətini tapsın?
Həm də: mən sizi inandırmaq zorunda deyiləm. Əlimdə o qədər işim var ki, başımı qaşımağa vaxtım yoxdu.
Siz seçim edin: oxuyursuz oxuyun, oxumyursuz oxumayın. Oxucuya laqeydlik oxucunu tora salmaq üsuludur.
Ancaq bunun üçün böyük bir professionallıq tələb edilir.
Elə bil, bu danışılan əhvalatlar bir-bir sadalandıqca, gözlə görmədiyimiz bir stenoqrafçı tez-tələsik yazır, bəzi şeyləri çatdırmadığı üçün sözləri bütöv yazmır, bəzi sözlərin, cümlələrin, bəlkə abzasların yerinə sadəcə nöqtələr qoyur.
Bizim nəsr təcrübəmizdə bu yeni üsuldur.
Məntiq belədir ki, eşidə bildiyiniz əhvalatları necə anlayırsınız anlayın, həqiqət orda yox, sizin anlayışınızdadır, sizin onu necə qəbul etməyinizdədir. Müəllif bu texnologiya ilə nəyə nail olur, bu məntiq əsərdə poetik sistem şəklində meydana çıxa bilirmi?
Yuxarıda sitat verdiyimiz müəllif (Fransuaz Saqan) sorğuların birində təxminən bizim müəllifi narahat edən suala cavabında qeyd edirdi ki, “....Fikrinizsə, əsərin yazılmasında personaj hansı rolu oynayır?
SAQAN: personaj, yaxud bir neçə personaj və ola bilər ki, qəfildən ağlıma gələn hansısa ideya, hətta kitabın ortasında beynimdə hansısa ideya oyanarsa, bu da əsərin tam şəkildə dəyişməsi ilə nəticələnə bilər.
- Personaj seçərkən tanıdığınız və rastlaşdığınız, bir sözlə, ünsiyyətdə olduğunuz insanlardan istifadə edirsinizmi?
SAQAN: Buna çoxlu cəhdlər etdim və bütün səylərim boşa çıxdı.
Buna görə də tanıdığım insanlara əsərlərimdə təsvir edilən personajlar arasında heç bir bağlılıq görmürəm.
Təsvir etdiyim insanların portretlərində hər bir cizgini özüm yaradıram. Uydurduğum nəsnələri həqiqətə yaxınlaşdırmaq üçün bütün gücümü sərf edirəm.
Bu mənada “hiyləgərliyin” fikrimcə iki növü məlumdur: başqasının gözü ilə gördüklərini təsvir etmək və yazıçının uydurmasına reallıq libasının biçilməsi.
- Hansı fransız yazıçılarına pərəstiş edirsiniz və özünüz üçün əhəmiyyətli sayırsınız?
SAQAN: Bilmirəm. Şübhəsiz ki, Stendal və Prust. Onların təhkiyə ustalığını sevirəm və müəyyən mənada onların üslubunda görürəm.
Məsələn, Prustdan sonra elə şeylər qaldı ki, onları bir daha təkrarlamaq sadəcə mümkünsüzdür. İstəsən, cəhd göstərsən talantının nə qədər dar olduğunu anlayacaqsan.
Ancaq bu yol sizə personaj və qəhrəmanların xarakterinin işlənməsində yeni imkanları nişan verir* (*The Paris REVİEW “THE ART OF FİCTİON” No: 15, s. 21.).
Bu baxımdan “Şəhər” romanının müəllifinin “təsviri həqiqətə yaxınlaşdırmaq”, ona can vermək, təsviri həyatında özündən yüksək mövqeyə qaldırmaq prinsipinə lağ etməsi “həyatın özündən daha yeknəsəq bir şey yaratmaqla” nəticələnmişdir.
Müəllifin seçdiyi, konturlarını genişləndirib görükdürmək istədiyi sahə nəticədə toxunulmamış qalıb.
Buna əsasən müəllifin təhkiyədə olayın semantikasını söyüşlə, vulqar ifadələrlə göstərmək, bu ifadələrin canındakı “aşağı göndərmək” (ən müqəddəs bilinən, yanından sükutla keçilən şeyləri belə “aşağı göndərmək”) cəhdinə geniş məkan ayırmaq səbəb olub.
Müəllif qadağan edilmiş şeylərdən danışmaq, ucadan danışmaq, bunların insan həyatında epizodik deyil, mühüm yer tutduğunu aydınlatmaq istəyir.
Uşağın, yeniyetmənin, cavanın, yaşlı insanların intim dünyasını müəyyən bucaq altından görükdürmək, insanı şirnikləndirən, olsun ki, uzun müddət ovsununda saxlayan faktların, olayların onun həyatında, taleyində, bəxtində necə rol oynadığını təsvir etmək... sonra, bütün bunlardan sonra onun (qadının-!) hüquqsuzluğu, dəyəri olmayan bir məxluqa çevrilməsi, onunla heyvan kimi davranılması kimi istiqamətləri açıb-pardaqlamaq ustalığı gəlməliydi.
Ancaq bunun yerində naşılığın ən müxtəlif növləri, şəkildəyişmələri ilə rastlaşırıq
Əsərdə bir baxış var – ironiyalı.
O hamıya aiddir. Bir mənbədən, bir düşüncə tərzindən qaynaqlanır. İnsanların geyimindən, bədən quruluşundan tutmuş davranışına, necə fikir yürütməsinə qədər.
İqtidarı sevən qoca arvadların quşu gözündən vuran söyüşləri, acı sözləri, təsvir edilən mühitdə yerinə düşən sərrast sözləri ... söz olaraq qalır, bunu onların sevgisinə, az qala müqəddəs bildikləri şeylərə qarşı necə, hansı formada çevirmək olardı?
Bütün müqəddəs xəyallar mərtəbəsindən endirilir, adiləşdirilir, “qara camaata qarışır”, lağ hədəfinə çevrilir – ancaq bu hədəf düzgün hesablanmayıb, bəzən əhvalatlar bir-birinin ayağını bastalayaraq keçir, hadisə, onun mənası, təsir dairəsi kifayət qədər açılmır, digər hadisələrlə assosiativ şəkildə çulğaşır.
Təhkiyədə seçilən mövqe düzdür - hər şeyi artıq həyəcan qatmadan nağıllamaq. Ancaq nağıl stixiyası, hadisələrin baş vermə, cərəyan etmə dinamikası öldürülüb.
Demək, nağıllama mövqeyi düz olsa da, nağılın özü düz deyil, dinamikadan məhrumdur.
Romanda qəribə bir havasızlıq var. Bu – təsvir edilən motivə uyğundur.
Məsələn, “mən heç vaxt kəpənəkləri öldürmürəm. Onları hörümçək torlarından xilas edirəm”. Bu ifadə də yaddaşda ilişib qalmır, suvaq kimi uçur. Bəzən dil kalka təsiri bağışlayır: diqqət yetirin:
“....O zamanlar hansı ki, bu əhvalatı danışanlar özləri də xatırlamır bu hansı vaxtlar idi dəqiq”.
Yazıçı hər şeyi astar üzünə çevirib göstərmək istəyir. Sözün, ifadənin bütün mümkün bəzəyini atmaq insanın düşdüyü gerçək halı göstərmək istəyir.
Hər dəfə bu istək baş qaldırdıqda söyüş məqamı, sətirlər arasında sel kimi axır. Bununla bağlı kitabda bir məqam var: ötən günləri göstərmək üçün bəzən rəngsiz variantlardan istifadə edirlər.
Müəllif buna da qarşı çıxır. Qadınlar hüquqsuzdu, həyat adlı böyük bir cəfəngiyatın içində ömür sürürlər.
Burada rəng, onun tərkibi elədir ki, artıq hər hansı “qatışıqdan” bəhs etmək yerinə düşmür.
Kitab nəyə görə sönükdür?
Ona görə sönükdür ki... istəsən, saatlarla bu sualın qarşısında dayan, düşün, cavab verməyə bir söz tapa bilməzsən.
Paradoks: romanın mövzusu, ideyası məlum olsa da, bir tam olaraq bunlar adi söz olaraq qalır, əsərdə nağıl edilən əhvalatlar nəsrə çevrilmir, işarə yaratmır.
Məsələ təhkiyə və kompozisiyanın süni və qondarma olmasında deyil, məsələ bütün bu “müşahidələrin” bir sırada, bir sistemin içində olmamasındadır.
Həmçinin oxu
Sevinc Pərvanə "Şəhər" (Romandan bir parça)