Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi məlumat yayıb.
«Media forum» saytına göndərilmiş press-relizdə deyilir ki, 7 noyabr parlament seçkisində AXCP-Müsavat blokunun 2 saylı Şərur dairəsindən namizəd olmuş Səxavət Əliyevin qohumlarına təzyiq göstərilməsi və onların döyülməsi ilə əlaqədar xəbərlər yanlışdır:
«Mətbuat vasitələrində Şərur rayonunun Püsyan kəndində sakinlərin təzyiqlərlə üzləşməsi barədə yanlış məlumatlar verilir. 10 dekabr 2010-cu ildə Püsyan kəndində guya Səxavət Əliyevin qohumlarına təzyiq göstərilməsi və onların döyülməsi ilə əlaqədar yayılmış məlumatla bağlı olaraq bildiririk ki, onun qardaşı Çapay Əliyev həyətyanı sahəsində inşa etdiyi yöndəmsiz, sanitar qaydalara cavab verməyən, əvvəllər tövlə kimi istifadə etdiyi binada müvafiq lisenziya olmadan qeyri-qanuni ticarətlə məşğul olub. Çapay Əliyevə bir neçə dəfə xəbərdarlıq edilib, o, qeydiyyatdan keçməsi üçün Vergilər İdarəsinə dəvət olunub. Lakin xəbərdarlıqlara məhəl qoymadan qanunsuz fəaliyyətini davam etdirib, müvafiq orqanların əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlədib.
Faktı araşdırmaq məqsədi ilə mağaza yerləşən əraziyə gedən müvafiq orqanların nümayəndələri Çapay Əliyev və ailə üzvləri tərəfindən aqressivliklə qarşılanıb, onlara əvvəlcədən hazırladıqları daş parçaları ilə əraziyə yaxınlaşmalarına imkan verməyiblər. Asayişin bərpa olunması üçün hadisə yerinə çağrılmış polis əməkdaşlarının təkidli tələbinə baxmayaraq Çapay Əliyev və ətrafındakılar sakitləşməyiblər. Öz vəzifəsini yerinə yetirən polis əməkdaşları asayişi bərpa edib və müvafiq orqanların əməkdaşlarının vəzifələrini yerinə yetirməsi üçün şərait yaradıblar. Çapay Əliyev və ətrafında olan qadınların döyülməsi faktı isə yalan və böhtandan başqa bir şey deyil».