«Mənə elə gəlir ki, Təhsil Nazirliyi qarşısında hicabla bağlı keçirilən aksiya müəyyən qüvvələrin, xaricdə və daxildə olan müəyyən fikirli qurumların təşkil etdiyi hadisədir. Başqa cür ola bilməz. Mən o adamlara müraciət edərək deyirəm ki, səhv yoldan çəkinmək, səhv yolun yarısından qayıtmaq yaxşıdır. Elə dinimiz də bunu tələb edir. Biz qaranlıq tərəfə deyil, işıq gələn tərəfə getməliyik».
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Təhsil Nazirliyinin hicabla bağlı apardığı siyasət Azərbaycan dövlətinin və dövlətçiliyinin qorunması ilə bağlıdır:
«Burada Misir Mərdanovdan, Təhsil Nazirliyindən söhbət gedə bilməz. Biz nənələrimizdən də belə görmüşük, onlar ev şəraitində yaşmaqlanardılar. Mən düşünürəm ki, biz bu işə getməməliyik».
Ötən həftə orta məktəbli qızların hicab taxmasına qoyulan məhdudiyyətə etiraz olaraq Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirilib. 10-dan çox adam saxlanıb.