İsveçdə WikiLeaks saytının qurucusu Julian Assange-ı zorlamada ittiham edən iki qadının vəkili həmin qadınların Mərkəzi Kəşfiyyat Agentliyinin təsiri altında olmalarını rədd edib. Vəkil Claes Borgstrom Associated Press agentliyinə deyib ki, onun müştəriləri yalnız cinsi istismara məruz qaldıqları üçün Assange-ın məsuliyyətə cəlb edilməsini tələb edirlər.
Hazırda Britaniyada olan Assange İsveçin tələbələrinə baxmayaraq geri verilməyib. Britaniya məhkəməsi onu girov müqabilində azad edib.
Julian Assange-ın qurduğu WikiLeaks saytın ABŞ diplomatlarının dünyanın müxtəlif ölkələrindən göndərdikləri gizli məktubları yaymağa başlayıb. Vaşinqton gizli sənədlərin yayılmasını qanunsuz adlandırıb. Məktublarda ABŞ diplomatlarının işlədikləri ölkələrin liderləri haqqında şəxsi mülahizələri, korrupsiya ittihamları əksini tapıb.
Julian Assange İsveçdə onun haqqında zorlama ittihamının da bu sənədləri yaydığı üçün ona qarşı qarayaxma olduğunu iddia edir.