ABŞ-dan çıxarılmış Rusiyanın 28 yaşlı casusus Anna Çapman dünən Rusiya televiziyasında “Qoy danışsınlar” adlı proqrama qonaq olub. Gənc qız ov dəlisi olduğunu, həmişə evində bir şir balası saxlamaq arzusunda olduğunu deyib. Bundan dərhal sonra səhnəyə gələn bir təlimçi ona şir balası hədiyyə edib.
Proqram zamanı nənəsi isə Çapmana turşuya qoyulmuş balıq və çuğundur salatı verib.
Anna Çapman bu yay ABŞ-da 10 nəfər casus həmkarı ilə birlikdə saxlanıb. Sonradan ABŞ onları Rusiyaya verib, vəzəində də Rusiyada Qərbə casusluq ittihamı ilə saxlanmış bir neçə nəfəri alıb.
Moskvaya qayıdandan dərhal sonra Çapman yerli banklardan birinin tanınmış simasına çevrilib. Anna Çapman həm də Kremlin himayəsində olduğu deyilən Gənc Keşikçilər adlı gənclər təşkilatına üzv olub.