Məkkənin yeni sifətini pul müəyyənləşdirir?

Məkkədəki Böyük Məscidin minarələri indi yeni tikilən, dünyanın ən hündür saat qülləsi - Kral Saatının fonunda cırtdana bənzəyir.

Məkkənin yeni sifəti – Nəhəng və cah-cəlallı, amma zövqsüz. The New York Times qəzetinin memarlıq üzrə tənqidçisi Nikolai Urussof Məkkədəki yenidənqurma işlərini belə qiymətləndirir.

KƏBƏNİN YANINDA BİQ-BEN

Urussof yazır ki, bu sadəcə memarlığın üz qarasıdır. Kəbənin ətrafındakı Böyük məscidin düz yanında Londondakı Biq Ben saatını- özü də orijinalından da çox-çox nəhəng ölçüdə tikirlər. Dünyanın ən hündür saat qülləsi Kral saatı adlanacaq. Düzdür saat yaşıl olacaq, üstündə də ərəbcə yazılarla. Amma İslamın müqəddəs şəhərinə, Həcc mərsiminə gələnlər Kəbənin ətrafına dövrə vuranda başlarını qaldıranda hər şeydən yüksəkdə məhzb bu nəhəng qülləni görəcəklər. Həm də təkcə bu qülləni yox. Otel, nəhəg ticarət mərkəzi yerləşəcək bu qüllənin yanında daha altı göydələn ucalır.

BİQ-BENİ TİKMƏK ÜÇÜN QƏDİM OSMANLI QALASINI SÖKÜBLƏR

Bu qüllələri inşa etmək üçünsə 18-ci əsrdə tikilən Osmanlı qalasını söküblər. Özü də maraqlısı odur ii, Əsudiyyə Ərəbistanının vəhhabi rəhbərliyi Məhəmməd peyğəmbərdən sonra tikilən az qala hər şeyi düzgün olmadığı adıyla sökəndən, hətta qəbirləri yerlə yeksan edəndən sonra, indi yenidən belə tikintiyə girişiblər.

Özü də Səudiyyə Ərəbistanı hakimiyyətinin yenidənqurma adı altında şəhəri dəyişən planı təkcə bununla bitmir. Məscidi digər tərəfində də böyük bir ərazidəki qədimi tikiləri söküblər və burda da yeni binalar tikiləcək.

YENİDƏNQURMANIN ƏSL SƏBƏBİ - PUL

Bu planlar isə ancaq varlı ərəblərə sərf edir. Çünki bu cür tikilərin əleyhinə olan Məkkə sakinləri deyirlər ki, bütün bu tikintilərin bir məqsədi var. Kəbəni görən mənzillərin qiymələri adi yerlədəkindən 3 dəfə bahadır, və bəzən bir pəncərəsi ora baxan mənzilin 25 illik icarəsinə görə 4-5 milyon dollar istəyirlər.

ALLAHIN EVİNDƏN KOMERSİYA MƏQSƏDİYLƏ İSTİFADƏ

Sami Ənqavi, Səudiyyəli memar qəzetə deyir ki, bu Allahın evindən komersiya məqsədiylə istifadədir. Çünki Məkkə az qala Həcc ziyarəti üçün bura gələn müsəlmanların bərabər olduğu yeganə yerdir. İndi burda bahalı-bahalı otellər tikməyin nə adı var?

New York Times yazır ki, 1970-ci illərdə Səudiyyə Ərəbistanı hökuməti Həccə gələnlərin işini rahatlaşdırmaq üçün yeni-yeni tikililər inşa elədi. Amma o zaman dünyanın ən yaxşı memarlarının dəvət edirdilər və yerli arxitekturanın da pozulmamasının tələb edirdilər. indi isə ancaq nəhəng və cah-cəlallıq dalıyca qaçırlar.

RƏSMİLƏR TƏNQİDLƏRİ YAXIN BURAXMIR

Memar Ənqavi deyir ki, burdakı məsciddə namaz qılmağın ən gözəl tərəfi o idi ki, məscidin ətrafında ancaq dağları görürdün. Sanki Allahın hüzurundasan. İndisə ətrafdakı nəhəng binalardan hər kəs səni izləyir.

Ancaq, Səudiyyə Ərəbistanının Turizm naziri Şahzadə Sultan Məkkəlilərin bu tənqidləriylə razılaşmır, deyir ki, o özü Mkkədə olanda, xüsusən də Kəbənin yanda gəzəndə başını qaldırıb ətrafa baxmır da.