Yanvarın 9-da Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahin Həsənli Yasamal polisi tərəfindən saxlanıb. Şahin Həsənli AzadlıqRadiosuna bildirib ki, onu polis idarəsinə dəvət ediblər və sonra da məhkəməyə gətiriblər:
“Məhkəmədə məlum oldu ki, nəsə anlaşılmazlıq olub, məni azad etdilər”.
Bir neçə internet saytının məlumatına görə, illahiyyatçi hacı Zülfüqar Mikayılzadə yanvarın 8-i axşamı Abşeron rayonu Polis İdarəsinə aparılıb. Yanvarın 9-da Abşeron rayonu Məhkəməsinin qərarı ilə İnzibatı Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə (xırda xuliqanlıq) ittiham irəli sürülüb. Saytların məlumatına görə, Zülfüqar Mikayılzadə 5 sutka həbsə məhkum edilib.
Abşeron rayon Polis İdarəsi bu məlumatla bağlı hər hansı açıqlama vermir.
Yanvarın 8-də isə Azərbaycan İslam Partiyasının (AİP) sədri və daha üç nəfəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları saxlayıb.