Tunis prezidenti hökuməti istefaya göndərib. Onun erkən parlament seçkiləri barədə qərar elan edəcəyi gözlənir.
Tunisdə minlərlə adam prezidentin vədlərinə baxmayaraq yanvarın 14-də Daxili İşlər Nazirliyinin qarşısına toplaşaraq dövlət başçısının dərhal istefa verməsini tələb edirlər. Polis aksiyanı dağıtmaq üçün gözyaşardan qazdan istifadə edib. Bəzi aksiya iştirakçılarının Nazirliyin binasının damına dırmaşdıqları barədə xəbərlər var.
Turst şirkətləri xarici ölkələrdən gəlmiş turistləri Tunisdən çıxarmağa başlayıblar. Turizm bu ölkənin iqtisadiyyatının ən əsas qaynağı hesab edilir.
Həmkarlar ittifaqları tərəfdarlarını ümumölkə miqyaslı etiraz aksiyalarına çağırıblar.
Yanvarın 13-də prezident Zine el-Abdine televiziya ilə çıxışında ölkəni bürüyən etiraz aksiyalarının dayandırılması güzəştlərə hazır olduğunu bildirib. 23 il hakimiyyətdə olmuş el-Abdine indiki prezidentlik müddətinin başa çatmasından – 2014-cü ildən sonra hakimiyyətdən gedəcəyini də elan edib. Prezident bildirib ki, polisə nümayişçilərə qarşı öldürücü güllədən istifadə etməməyi və əsas ərzaq mallarının qiymətlərini aşağı salmağı tapşırıb.
Tunisin Xarici İşlər naziri də yanvarın 14-də bildirib ki, ölkənin birliyi və zorakılıqlara son qoyulması naminə hakimiyyət dəyişikliyi “tamamilə mümkün və normaldır”.
Nazir Kamel Morjane bu barədə Fransanın Europe 1 radiosuna müsahibəsində deyib.