Belorus Polşa və Almaniyanı dekabrda keçirilən prezident seçkisindən dərhal sonra etiraz aksiyaları təşkil etməklə Aleksandr Lukaşenkonu devirməyə cəhddə ittiham edir. Prezident Administrasiyasının rəsmi qəzeti olan “Sovyetskaya Belorusiya” qəzeti yanvarın 14-də çap olunan sayında yazıb ki, çevriliş planını Almaniya və Polşanın gizli xidmət idarələri hazırlayıb, Belorus müxalifətinin fəallarına təlimlər keçiblər.
Qəzetin iddiasına görə çevrilişi həyata keçirmək üçün həmin ölkələrdən Belorus müxalifətinə pul və başqa texniki yardımlar verilib. Polşada isə müxalifət fəallarının əsas təlim düşərgələri olub.
Belorusda prezident seçkisi dekabrın 19-da keçirilib. Seçkinin saxtalaşdırldığını düyən müxalifətin etiraz aksiyasını təhlükəsizlik qüvvələri dağıdıb. Seçkidə Lukaşenkoya rəqib olmuş namizədlər də daxil olmaqla 600-dən çox müxalifət fəalı həbs edilib.
Avropa Birliyi ölkələri Lukaşenkonun qalib elan edildiyi bu seçkidə qanun pozuntuları olduğunu bildirib, müxalifətin etiraz aksiyalarının dağıdılmasını pisləyiblər.