Qulağında anlamadığı cümlələr rəqs edir, gözləri gah yerə zillənir, gah da soyuq daşların üzərində üşüyürdü.
Baxışlarında özünə agah olmayan yorğunluq, sanki nəyəsə təslim olunmuş kimi ifadə var idi.
Bunun necə olduğunu hiss etmədi - qarnının üzərində düyünlənmiş əlləri bir-birindən ayrıldı, üzü qızardı.
Qalın paltarının altında tumarlanmış tükləri biz-biz oldu, bədənində xəfif bir gizilti hiss etdi.
Heyrətlənmə səhnəsini məharətlə oynamağa çalışdı.
Üzünü qızardacaq ifadələr gəzdi, bütün cəhdi ilə həyacanını təsirli bir şəkildə göstərmyə çalışdı... istəsə, yerindən tərpənə biləcəyini anladı, ancaq özünü elə göstərdi ki, guya kimsə onu yarım metir yerə basdırıb.
Ətafındakı onlarca adam bir anda yoxa çıxmışdı, ancaq bilirdi ki, hər kəs öz yerindədi.
Gözləri montaj olunmuş film kimi lazımsız səhnələri kəsib çıxarmağa başladı.
Yerə basdırılmış ayaqlarını necə oldusa unutmadığı illərdə, küçələrdə gəzdiyini hiss etdi.
Beləcə birinci səhnənin mahir ifaçısı öz işini yerinə yetirdi.
Daha doğrusu, qonşusunun onun çiyninə "gedirik" deyib toxunduğu an ona elə gəldi ki, rejissor birinci səhnəyə "stop" dedi.
Gəldikləri maşına minib daş-kəsəkli yolla eniş aşağı enəndə özünü hələ də bayaq durduğu yerdə gördü.
- Bu başqası ola bilməz, mən onu görən kimi tanıdım - O, dostunu görcək dilləndi - ... İllər keçib, amma heç dəyişməyib...
Dostunun "Əminsən odu?" sözünü eşidən kimi - O, mənə baxırdı, bu baxışları lap uzaqdan da tanıyaram.
Onu gördüyümə sevinməkdən çox onunçün necə darıxdığımı hiss etdim.
Əlimin əsdiyini, döyüntüsünün azlığından həkimə şikayət etdiyim ürəyimin həyəcanlı "dub-dub" səsini eşitdim...
Yox, bu başqası ola bilməzdi. Onu gördüyümə sevinməkdən çox, intizarın, ayrılığın necə can ağrıdan bir şey olduğunu hiss etdim.
Çarəsizliyimə, gücsüzlüyümə, özümə yazığım gəldi.
O, isə bunları hiss edirmiş kimi, sakitcə mənə baxırdı... uşaqlıqda baxdığı kimi baxırdı... O, mənim keçmişim idi, üzü solğun və...
Mərmər gözlərinin içində bir anlıq uşaqlığımızı gördüm. Elə bil heç vaxt yatmayan gözlərində uşaqlığımızı gizlətmişdi.
Bunu hiss etmək hissini demək üçün nəsə hiss edə bilmirəm. Həyətdə palçıqla, torpaqla oynadığımız uşaqlıq...
Bilirsən, mən bunca illərdən sonra onu necə sevdiyimi hiss etdim. Ömür boyu içimdə qalan kəmliyin səbəbini gördüm.
Həyat yoldaşımın üzünə baxdıqca hiss etdiyim sevgisizliyin səbəbini alnaldım.
Nədən ömür boyu ona arvad dediyimi, nədən onun arvadlığının sadəcə uşaq doğmaq, ev yığışdırmaq, pal-paltar yumaq olduğuna inandığımı anladım.
Bunca ildən sonra dünən, onu gördüyüm gün başa düşəcəkdim ki, o, mənim torpağı sevdiyim qədər məni sevirmiş. Sevmədiyi torpağı.
Mən isə bu sevgini, bu fədakarlığı görməyəcək qədər uşaq idim.
O isə uşaq olması ilə yanaşı mənə yaxın olmaq üçün hər şeyi nəzərə alcaq qədər böyük imiş - Dostu çənəsini büzərək, aramsız etirafların içində uşaqlıq illərini xatırladı - Yavaş-yavaş uzanan boyu, yavaş-yavaş yekələn sinəsi, bədəni.
Bədəni ilə yanaşı enlənən üzü, qaşı, güllü paltarlarını, güllü corablarının belə böyüməsi, ciddiləşməsi... Mən bütün bunların o zamankı mənasını dünən anladım.
Onu 8 yaşında öyrəndiyi sevgi hissini, mən hələ çox gec öyrənəcəkdim. Onların bizim məhlədən köçüb getdiyi gün hiss edəcəkdim və etdim.
Həmin gün mənə zillənən gözləri bir daha unutmadım.
Bədənimdəki gizilti, həyəcan həmin günün xatirəsi olaraq qaldı içimdə. O baxışları ilk dəfə orda görmüşdüm, soyuq və lal...
- Bəlkə ora gedəsən - Dostu ehtiyatla onu sözünü kəsdi.
- Yox, hələ tezdi.
Axşam dostuna "tezdi" dediyi yerə getmək üçün artıq "gec" olduğunu anladı. Ancaq yenə də getdi.
Gecə idi, yoxuş yuxarı qalxaraq ayağını əzən daşlara fikir vermirdi. Tələsirdi, ancaq bilirdi ki, o baxışlar heç bir yerə tərpənə bilməyəcək.
Daşa həkk olunmuş üzü sığalladı, qəribə bir istilik hiss etdi- heç vaxt sığallamadığı, isdiliyini və yumuşaqlığını hiss etmədiyi üzü.
Sanki qız, yad kişinin ona sığal çəkməsindən utandı, yanaqları pörtdü.
Sinəsindən aşağı bədəninin görmədi ki, qucaqlasın, amma yenə də başdaşını qucaqladı.
Bilmədi ki, qızın öldüyünə ağlasın, yoxsa onu necə sevdiyin heç vaxt ona deyə bilməyəcəyinə. Ancaq ağladı...
"Ulduz"