«Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur. Biz ölkədə hər hansı formada Tunis və Misirdəkinə bənzər hadisələrin baş verməsini proqnozlaşdırmırıq. Bunun üçün də heç bir əsas görmürük».
Bunu jurnalistlərə fevralın 1-də YAP icra katibi, deputat Əli Əhmədov deyib:
«Ola bilsin istər ölkə daxilində, istərsə ölkədən kənarda olan bəzi qüvvələrin istək və arzuları ondan ibarət olsun ki, Azərbaycanda da sabitliyin bu cür pozulması halları baş versin. Mən qəti şəkildə bildirmək istəyirəm ki, nə daxili, nə də xarici qüvvələrin çox ciddi əsaslara söykənən sabitliyi pozmaq imkanları mövcud deyil. Ola bilsin ki, istəkləri var, amma mən bunu xəyallar sferasına aid edirəm. Azərbaycan vətəndaşları ölkədəki ictimai-siyasi sabitliyi yüksək qiymətləndirir. İctimai-siyasi sabitliyin qorunması üçün öz vətəndaş mövqelərini ortaya qoymağa hazırdırlar».
Əli Əhmədov ABŞ və Böyük Britaniya səfirliklərinin öz ölkələrinin Azərbaycandakı vətəndaşlarına terror təhlükəsizliyi ilə bağlı etdiyi xəbərdarlığa da münasibət bildirib:
«Mən bu xəbərdarlığın nəyə istinad etməsi haqqında məlumatlara malik deyiləm. Bu xəbərdarlığı yayanlardan nəyə, hansı əsaslara istinad etdiyini soruşmaq lazımdır. Məqsəd də mənə məlum deyil. Ancaq gümanlarım ondan ibarətdir ki, kimlərinsə Azərbaycanda ictimai-siyasi sabitliyi laxtalatmaq cəhdləri ola bilər. Amma açıq şəkildə bildirmək istəyirəm ki, Azərbaycanda nə ölkə vətəndaşları, nə də Azərbaycanın qonaqları üçün hər hansı bir təhlükə üçün heç bir əsas mövcud deyil. Azərbaycandakı sabitlikdən həm ölkə vətəndaşları, həm də əcnəbi insanlar faydalanır. Bundan sonra da ölkədəki sabitliyə, onun daha da möhkəmlənməsinə çalışmalıyıq, Əsası olmadan səsləndirilən bəyanatlara da hər bir azərbaycanlı cavab verməyə çalışmalıdır».