Senatorlar Mübarəki istefaya çağırır (Video)

Sizin brauzer HTML5-i dəstəkləmir

Misirdə müxalifət "yola salma cüməsi" adlı etiraz askiyalarına başlayıb. Etirazlar Qahirə ilə yanaşı, ölkənin bir neçə şəhərində gedib. On minlərlə adamın toplaşdığı Tahrir meydanından Reuters agentliyinin agentliyinin çəkdiyi videokadrlar.

AzadliqRadiosunun iki əməkdaşı Misirdə tutuldu

Misirdə hadisələri işıqlandırmaq üçün Qahirəyə gedən AzadliqRadiosunun Praqadakı baş ofisinin iki əməkdaşı fevralın 4-də saxlanıb.

Hər ikisi Böyük Britaniya vətəndaşı olan jurnalistləri elə hava limanına enən kimi həbs ediblər. Onların Al-Azhar ərazisində polis şöbəsində saxlandıqları guman edilir.

***


İki nüfuzlu ABŞ senatoru - Con Kerri və Con MakKeyn Misir prezidenti Mübarəki istefaya getməyə çağırıblar.

Keçmiş prezidentliyə namizəd olmuş hər iki senator bununla bağlı qətnamə layihəsi hazırlayaraq Senata təqdim ediblər.

Qətnamə layihəsi yaxın saatlarda müzakirəyə çıxarıla bilər.

Amma qəbul edilərsə, qətnamənin icrası məcburi olmayacaq.

Demokrat Con Kerri Senatən xarici əlaqələr komitəsinin rəhbəridir. MakKeyn isə respublikaçıdır.

Qətnamə layihəsində Mübarəkdən tələb edilir ki, dərhal hakimiyyətin ötürülməsi prosesinə başlasın.

Misirdəki partiyalar isə zorakılıqdan çəkinməyə, azad seçkilərə hazırlaşmağa çağırılır.

Prezident Mübarəkin tərəfdarları isə Qahirənin Azadlıq meydanına yaxın ərazidə toplaşırlar.

Bəzi ehtimallara görə, onlar fevralın 2-də olduğu kimi yenidən meydana girməyə və prezidentin istefasını tələb edənləri oradan çıxarmağa çalışa bilərlər.

Fevralın 4-də Misirin paytaxtI Qahirənin mərkəzi “Təhrir” (Azadlıq) meydanına on minlərlə insan toplaşıb.

Onlar bu aksiyalarını “cümə yolasalması” adlandırırlar və prezident Mübarəki nəhayət ki istefaya göndərə biləcəklərini düşünürlər.

Onlar “İstefa!” şüarları səsləndirirlər.

Mitinqə Ərəb Liqasının rəhbəri Əmr Musa da qatılıb.

Misirin bir neçə tanınmış aktyor və mədəniyyət xadimi də Azadlıq meydanına gəlib.

Ordu meydanın girişlərinə ciddi nəzarət edir.

Nəzarətsizlik fevralın 2-də Mübarək tərəfdarlarının at belində meydana soxulmağa cəhd etməsinə şərait yaratmışdı.

Misirin dövlət televiyzasının da tonu dəyişib. Dövlət televiziyası da Təhrir meydanındakı kütləni göstərir. Amma etirazçıları mənfi planda təsvir etmir.

BMT-nin baş katibi Ban Ki Mun Misirdə hakimiyyətin dərhal dinc şəkildə ötürülməsi prosesinə başlanmasına çağırıb.

Müxalifət liderlərindən olan Məhəmməd əl-Baradey deyib ki, Mübarək istefa verməlidir.

Baradeyin sözlərinə görə, o hazırda digər liderlərlə birlikdə Misirin yeni konstitusiyasını üzərində işləyirlər.

Misirin İsgəndəriyyə və digər şəhərlərində də prezidentin istefası tələbilə etiraz aksiyaları keçirilir.

AL JAZEERA KANALININ QAHIRƏDƏN CANLI GÖRÜNÜTÜLƏRİNƏ BU LİNKİ SIXMAQLA BAXMAQ OLAR


***

Aşton
Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton fevralın 4-də bildirib ki, Misirdə hakimiyyətlə müxalifətin dialoqu “son dərəcə zəruri”dir. Ashton tərəfləri dərhal danışıqlara başlamağa çağırıb.

Brüsseldə Avropa Birliyi ölkələrinin sammiti ərəfəsində o bildirib ki, bu blok Misirdə bütün qüvvələrin siyasi dəyişikliyin konkret vaxt cədvəlini hazırlamasını istəyir.
Britaniyanın Baş naziri David Cameron da deyib ki, Misir rəhbərliyi söz verdiyi dəyişikliklər üçün ilk addımları atmalıdır.

Yalnız İtaliyanın baş naziri Silvio Berluskonu Mübarəki "müdrik lider" adlanıdırıb və bildirib ki, Misirdə yaxın aylarda demokratiyaya keçid onun hakimiyyəti altında baş verməlidir.

***

İranın ali dini lideri Əli Xameneyi fevralın 4-də indi ərəb ölkələrində baş verən etiraz askiyalarını 1979-cu ilin İran inqilabını xatırladan islam dirçəlişi adlandırıb.

Tehranda televiziya ilə nümayiş olunan cümə namazı zamanı Xameneyi Misir və Tunis xalqlarını öz dinləri ətrafında sıx birləşməyə çağırıb, Misirn prezidenti Hüsnü Mübarəki isə İsrail və ABŞ-ın “xidmətçisi” adlandırıb.

İran lideri Misir ordusunu da İsraili nəzərdə tutaraq “sionist düşmənə” daha çox diqqət ayırmağa çağırıb.

***

Fevralın 4-də planlaşdırılan kütləvi etiraz askiyası ərəfəsində Misirin Müdafiə naziri Hussein Tantawi müxalifət fəallarının toplaşdığı Tahirir meydanına gedib.


Misir hadisələri
bütün yazılar

Misir görüntüləri
video
foto

Bu gün cümə namazından dərhal sonra prezident Hüsnü Mübarəkin istefası tələbilə ən böyük etiraz aksiyalarından birinin keçirilməsi planlaşdırlır. Müxalifət bugünkü aksiyanı “Cümə əlvidası” adlandırır.

Son iki gündə paytaxt Qahirənin küçələrində Mübarəkin tərəfdarları ilə müxalifət fəalları arasında qanlı toqquşmalar gedir. Ölkəyə 30 ildir rəhbərlik edən prezident dünən bildirib ki, artıq istefa vermək istəyir. Amma istefasından sonra ölkədə xaos yarana biləcəyindən narahatdır.

Bundan əvvəlki çıxışında Mübarək demişdi ki, sentyabrda keçiriləcək növbəti prezident seçkisində iştirak etməyəcək.

Misirdə məlumatlar dolaşırdı ki, 82 yaşlı prezident özündən sonra oğlunun dövlət başçısı olmasına çalışır. Amma dünən yeni təyin edilmiş vitse-prezident bəyan etdi ki, Hüsnü Mübarəkin oğlu da qarşıdakı prezident seçkisinə qatılmayacaq.

Müxalifət isə artır 10-cu gündür prezidentin istefası tələbilə aksiyalarını davam etdirir.

“The New York Times” qəzetinin məlumatına görə ABŞ rəsmiləri Mübarəkin dərhal istefa verməsi üçün danışıqlar aparır.