WikiLeaks saytının qurucusu Julian Assange vətəni Avstraliyaya müraciət edərək öz evinə dönməsinə kömək istəyib. "The Sydney Morning Herald" qəzetinin internet saytında yerləşdirilmiş video müraciətində Assange Avstraliyanın Baş naziri Julia Gillard müraciət edərək özünün və təşkilatının ölkəyə təhlükəsiz dönməsinə yardım xahiş edib.
İsveçdə zorlamada ittiham edilən Julian Assange hazırda Britaniyada sərt zaminlik şərtləri altında yaşayır. Britaniya məhkəməsi onun geri verilməsi varədə İsveçin tələbini yerinə yetirməsə də bu mübahisə bitənə qədər yalnız ağır zaminlik şərtləri ilə azadlıqda qalmasına icazə verib. Növbəti məhkəmə baxışı fevralın 7-ə nəzərdə tutulr.
WikiLeaks saytı ötən ilin sonlarından ABŞ diplomatlarının dünyanın müxtəlif ölkələrindən göndərdikləri gizli məktubları yaymağa başlayıb. Vaşinqton gizli sənədlərin yayılmasını qanunsuz adlandırıb.