Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Şimali Qafqazda səfərdədir.
Məlumatı QMİ-nin mətbuat xidməti yayıb.
Öncə Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasına yollanan Paşazadə Qafqaz Şeyxülislamı olaraq yerli müsəlmanlarla görüşəcək, daha sonra Kabardin-Balkar Müsəlmanları Ruhani İdarəsi rəhbərinin seçkilərində iştirak edəcək.
Hacı Allahşükür Paşazadənin Kabardin-Balkar Respublikasının prezidenti Arsen Kanokovla görüşəcəyi gözlənilir.
Daha sonra QMİ rəhbəri Çeçenistan Respublikasına gedəcək. Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə baş tutan səfər zamanı QMİ sədrinin Çeçenistan müftisi Soltan Mirzəyev və yerli dindarlarla görüşləri nəzərdə tutulub.