bir dolun ayla bəzənmişdi gecə !
mübhəm duyğular daşıyrdı içimə
dənizdən əsən ılıq əsinti .
doğrusu
qurbət sarmışdı bütün hücrələrimi
ama
bir dolun ayla bəzənmişdi gecə !
kiçik dalğalar
döyüntüləri ilə anladırı varlığını
parıldayırdı mavi dəniz
tamamlanmış şeirə bənzəyirdi gözlərin
və mahnılara götürürdü məni an ba an:
" . . . mən səni sevdim ay ışığında
könlümü verdim ay ışığında . . . "
bir dolun ayla bəznmişdi gecə !
özündən getmişdi dünya
gözəllik yavaş yavaş pıçıldaşırdı mənimlə
və mən
sevməyə başlamışdım səni
melodilər kimi
röyalar kimi
dualar kimi . . .
bir dolun ayla bəznmişdi gecə !
dayaq.org