Vaşiqnton ərəb dünyasında baş verən inqilablara dəstək üçün müxalifət fəallarının mitinq keçirməsinə Tehran hakimiyyətinin icazə verməməsini pisləyib.
Milli Təhülkəsizlik üzrə müşavir Tom Donilon bildirib ki, hakimiyyət İran xalqının universal insan haqlarından istifadə etmələrinə, sərbəst toplaşmalarına və azad ünsiyyət saxlamalarına imkan yaratmalıdır.
İranda müxalifət liderləri etiraz askiyaları ilə prezidentlərini hakimiyyətdən qovmuş Tunis və Misir xalqına dəstək mitinqi keçirmək üçün fevralın 14-də hökumətə müraciət ediblər. Amma Tehran hakimiyyəti belə mitinqin “qanunsuz” olduğunu deyərək ona icazə verməyib. Halbuki ötən həftə İran hakimiyyətinin özü islam inqilabının ildönümü münasibətilə Misir xalqına dəstək mitinqi keçirmişdi.