“Rusiya – caynaqları korşalmış nəhəng bir tiranozavrdır. O ayaqlarını sürüyür, zorla hərəkət edir. O, can verən heyvanı xatırladır”.
Tanınmış rus yazıçısı Vladimir Sorokin bunu İspaniyanın "Efe" xəbər agentliyinə verdiyi müsahibədə deyib.
Bu ilin yanvarında "Alfaguara" nəşriyyatı onun “Buz” romanını ispanca çap edib.
55 yaşlı yazıçı deyib ki, 20-əsrin əvvəlindən indiyəcən Rusiyanın yaşadıqları “İmperiyanın mərhələli şəkildə süqutu”dur.
“Bu süqut prosesi 1917-ci ildə başlandı. Daha sonra huşsuz vəziyyətdə olan Rusiya böyük səylər hesabına bolşevikləri doğurdu.
Bolşeviklər də qorxunc metodlarla İmperiyanı özünə gətirdilər, bərpa etdilər”.
Sorokinin fikrincə, Sovet İttifaqını yaratmaq - “Rusiya İmperiyasının meyitini süni şəkildə diriltmək” idi.
“Bu, qorxunc bir eksperiment idi.
İlk dövrlərdə bu eksperiment böyük qurbanlar, qorxutma və təcridetmə metodları hesabına uğurla həyata keçirilirdi.
Amma sonra bu meyit təbii bir prosesin nəticəsi olaraq çürüməyə başladı”.
Sorokin deyir ki, Vladimir Putin və Dmitri Medvedevin liderliyi dövrü “İmperiya meyitinin mövcudluq müddətinin son mərhələsidir”.
“Bəlli deyil ki, imperiya indi dağılacaq, yoxsa bu, yavaşıdılmış çəkilişdəki kimi bir neçə il çəkəcək” – deyən yazıçı rişxəndlə əlavə edir: “Rusiya – müəmmalar ölkəsidir, burda nəyisə öncədən görmək mümkün deyil.
Bu ölkənin sakinlərində - öz həyatlarını və siyasi vəziyyəti nizamlamaq üçün iradə deyilən şey yoxdur.
Bundan sonra belə davam edə bilməz. Mən Rusiyaya heç on il də vermirəm”.
Sorokin Putin hakimiyyətinin əleyhdarıdır və deyir ki, onu hökumətə qarşı çıxmağa məcbur ediblər.
“Mən sadəcə ədəbiyyat adamı olmaq istəyirdim. Amma onlar məndən – sözün klassik rus anlamında yazıçı “düzəltdilər” – yəni peyğəmbər, müəllim və s.”
Putin rejimini qəbul etmədiyi üçün hakimiyyətyönlü “Naşi” gənclər hərəkatının üzvləri bir müddət qabaq nümayişkaranə şəkildə Sorokinin kitablarını nəhəng rəmzi unitaza atıblar.
Amma Sorokin qeyd edir ki, son illərdə Rusiyada kitaba marağın artmasına sevinir. “İndi insanlar kitabı qışda odun alan kimi alırlar”.
“Mən elə gənc ailələr tanıyıram ki, prinsipial olaraq televizora baxmaqdan imtina ediblər. Ciddi ədəbiyyata maraq artır”.
Yazıçı deyir ki, xoşbəxtlikdən detektiv romanların tirajı da düşür. 90-cı illərdə Rusiyada detektiv bumu yaşanırdı.
İspaniyada çap olunan “Buz” romanı - trilogiyanın bir hissəsidir və bir təriqətin həyatından bəhs edir.
Əsər “Rusiya cəmiyyətinin indiki vəziyyətindən doğan məyusluğa reaksiya”dır və “itirilmiş mənəvi cənnətin axtarışından” bəhs edir.
Sorokinin əsərləri indiyəcən 20-dən çox dilə, o cümlədən Azərbaycan dilinə tərcümə edilib.
Həmçinin oxu
Vladimir Sorokin "Snayperin səhəri" (Hekayə)