Dünyanın düz vaxtında Liviya lideri Muammar Gaddafi ayrı-ayrı Avropa ölkələrinin və ABŞ-ın banklarına milyardlarını etibar edib.
Amma onun xalqa silah yönəltməsindən sonra Avropa hökumətləri bir-bir bu hesablardakı pulları dondurmağa başladılar.
Bu günə olan məlumatları araşdıranda bəlli olur ki, Gaddafi pulunu daha çox Böyük Britaniyaya və ABŞ-a etibar edib.
GADDAFİNİN 32.5 MİLYARD DOLLARI
Üstəgəl Gaddafi İspaniyada böyük torpaq sahələri alıbmış. Özü də ölkənin ən bahalı regionlarından birində. Təxminən 7 min hektar əraziylə bağlı böyük planları da varmış. Burda qolf meydançaları, 2000 ev tikilməsi planlaşdırılırmış.
İndisə keçək Gaddafinin pullarını saymağa. Hər nə qədər başqasının pulunu saymaq ədəbsizlik kimi başa düşülsə də.
«The Telegraph» qəzeti yazır ki, Gaddafinin Britaniyada nə az, nə çox düz 32,5 milyard dollar pulu var. (Yeri gəlmişkən, Gaddafi dafi hökumətinin 20-dək təhlükəsizlik rəhbərinin də Britaniyada üst-üstə 3,3 milyard dollar pulu olduğu da deyilir). Amma hökumətin rəsmən dondurduğu məbləğ 1 milyard dollardır.
GADDAFİ AİLƏSİNİN 66 .6 MİLYARD DOLLARI DONDURULUB
Gaddafi ABŞ-da da böyük miqdrada pul saxlayırmış. Vaşinqton bəyan edib ki, Gaddafi və ailəsinin bu ölkədə 30 milyard dollar pulu dondurulub.
Avstriya banklarındasa Gaddafinin 1,7 milyard, Kanadada bir qədər çox - 2,4 milyard dollar pulu dondurulub.
Bir daha deyək:
Britaniyada - 32.5 milyard
ABŞ-da - 30 milyard
Kanada - 2.4 milyard
Avstriya – 1.7 milyard
Beləliklə, Qaddafinin özünün və ailəsinin təxminən 66,6 milyard dollar pulu dondurulduğu deyilir.
Amma bu hələ gün işığına çıxan, bəlli olanlardır. Onun ərəb ölkələrində və ya dünyanın başqa yerlərində nələri gizlətdiyi, nə qədər sərvətə sahib olduğu indilik məlum deyil.
Ancaq indiki məbləğ də yetərincə suallar doğurur.
MƏSƏLƏN, LİVİYA RƏHBƏRİ 66 MİLYARDI NECƏ, HANSI YOLLA YIĞIB?
Belə baxanda 42 il hakimiyyətdə olan Gaddafi ilə təxminən 1,5 milyard dollar kənara pul qoyurmuş.
Bu hələ qırağa qoyduğu. Bəs xərclədikləri?
Çadırda yaşayan Qaddafinin və ailəsinin zövqü-səfasından qalmadığı da yaxşı bəllidir.
6 milyonluq Liviya xalqının səbr kasasını daşıransa həm də çörək dərdiydi...
66 milyardı adambaşına böləndə 11000 dollar edir.
Sayta hazırladı: Şahnaz Bəylərqızı