Mərkəzi Avropa Universitetinin (CEU) bir qrup məzunu həmin universitetin məzunu Rəşadət Axundovun həbsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda Rəşadət Axundovun həbsinin 11 mart tarixinə planlaşdırılmış dinc etiraz aksiyalarının təşkil olunmasının qarşısının alınmasına yönəldiyi bildirilir.
Bəyanatda həbsin əsassız olduğu, həbsə məruz qalan şəxsin konstitusiya hüquqlarının həyata keçirilməsinə qarşı yönəldiyi qeyd olunur.
Rəşadət Axundovun əsas insan hüquqlarının pozulmasından narahat olan və təəssüflənən CEU Məzunları Cəmiyyəti onun dərhal azad olunmasını istəyir.
CEU məzunu Rəşadət Axundov 2011-ci il martın 8-də Bakıda saxlanılıb və ona polisin əmrinə tabe olmama, polisə müqavimət ittihamı ilə 5 sutka həbs cəzası kəsilib.