DÜŞÜNCƏ YOLU
Yol -
şəhər haqqında
düşüncədir...
Taleyin
küçələrində azmış
kənd uşağıdır şəhər...
öz içində
var-gəl edir
hər gün...
Həqiqətin
dizi üstə oturan
o kişini
sən görməmisən...
Yovşan ətirli
söhbətləri
hələ də
yaddaşımda ləpələnir...
Yol düşüncədir...
şəhər haqqında
olmasa da...
SƏNSİZLİK ROMANI
Sənsizlik açdı qapını...
boş otaqda
divarların
nə dediyini eşitmədim.
Pəncərədən
misra-misra
seyr etdim
otaqdakı sənsizliyi.
Dilimdəki sözlər
utandığından
atdı özünü
sənsizliyin ayağı altına...
Sonra
ürəyimi götürüb
barmaqlarımın ucunda
keçdim sənsizliyin yanından...
Qonşu otaqda
güzgüdən
sətir-sətir
boylanırdı sənsizliyin...
İndi
Bircə onu bilirəm ki,
bütün güzgülər sənsizlik romanıdır.
"Azərbaycan" jurnalı
Yol -
şəhər haqqında
düşüncədir...
Taleyin
küçələrində azmış
kənd uşağıdır şəhər...
öz içində
var-gəl edir
hər gün...
Həqiqətin
dizi üstə oturan
o kişini
sən görməmisən...
Yovşan ətirli
söhbətləri
hələ də
yaddaşımda ləpələnir...
Yol düşüncədir...
şəhər haqqında
olmasa da...
SƏNSİZLİK ROMANI
Sənsizlik açdı qapını...
boş otaqda
divarların
nə dediyini eşitmədim.
Pəncərədən
misra-misra
seyr etdim
otaqdakı sənsizliyi.
Dilimdəki sözlər
utandığından
atdı özünü
sənsizliyin ayağı altına...
Sonra
ürəyimi götürüb
barmaqlarımın ucunda
keçdim sənsizliyin yanından...
Qonşu otaqda
güzgüdən
sətir-sətir
boylanırdı sənsizliyin...
İndi
Bircə onu bilirəm ki,
bütün güzgülər sənsizlik romanıdır.
"Azərbaycan" jurnalı