Xaqani Hass. Tarixin obyektiv inkişaf meylinə etiraz...

Tarixin obyektiv inkişaf meylinə etiraz

Uzun bir yola çıxdım;
əvvəli naməlum
ortası məlum
sonu görünməz.
Yolun məlum yerində anladım;
qarşıdan gələn yoxdur
Federiko, sən get qarşıdan gəl
mən getsəm qayıda bilməyəcəyəm.

1991-2005


Ən böyük cinayətin şahidi olmur

Həyatımın tək şahidi sən idin,
içində sən olanda mən,
mən olanda sən olmayan həyatımın
Əllərindən gözlərindən bilinirdi;
uşaqlıq illərimin xatirləri
gözlərinin içində olardı
illərlə gözlərinə yığdığım
təkcə yamağından tanıdığım
uşaqlığımdı,
hər dəfə sən baxanda
mənə baxardı.
Gəncliyimin bütün kimsəsizliyi
ovuclarına dolardı
hər dəfə uzadanda əllərini
kimsəsizlik axardı,
hər dəfə təzədən içilmək üçün
İndi yoxsan
yaşımın keçha-keçində
İndi ki, yoxsan
törətmək olar ən böyük cinayəti.

Alatoran