Əvvəli
Dedi: "Padişahın özünün izni olmasa, kəndin adını biz necə dəyişdirə bilərik?"
Dedim: "Hüseyn ağa ölüb. Omar ağanın BağSar olduğunu, Zeynalabdin Tağıyev, bu tayda oğululları, üç qardaşı ilə onların oğlulları, Məmməd ağa, Nəriman Nərimanov, Aşıq Ələsgər, Aşıq Alı, bir də qaçaqbaşı Dəli Alı bilirlər. Əgər Padişahlıq adını yalnız "Upravleniya"nın siyahısında saxlayıb, köhnə Qazax mahalının "Naloqovaya kniqa"sında "Omarağalı" yazsaq, necə olar?!"
Əlibəyov dedi: "Bəs o taydakı BagOdlar, Səfəvilər, Bəhayilər, Əmirlilər Omar ağa ilə, Nərimanla, Məmməd ağa ilə, Aşıq Ələsgərlə, Aşıq Alı ilə, Dəli Alı ilə əlaqə saxlamırlar?
Dedim: "Cənab Əlibəyov, o boyda "Upravleniye"nin rəisisən, bilmirsənmi ki, köhnə “Naloqovaya kniqa”da "Padişahlıq" adını pozub "Omarağalı" yazsaq, təzə Naloqovaya kniqada kəndin adı Omarağalı olsa, yəni Əxi Padihaşının yeri itsə, adlarını çəkdiyimiz adamların, o cümlədən Omar ağanın özünün ölümündən sonra BagOdlar, Səfəvilər, Bəhhayilər, Əmirlilər bizə necə sübut edəcəklər ki, Bağdayın BağSarı Ulu Bağ ƏsƏlMənin nəsli bu tayda imiş?!
Axı mənə xüsusi tapşırılıb ki, Bağların kökünü kəsməklə yanaşı, coğrafi ərazilərini unutdurmaq lazımdı ki, elə bu əsrdə əlli-altmış ildən sonra tərik OdƏrlər Bağlarla birgə özlərini də tanımasınlar. Cəmi Fars siyasətçilərinə də tapşırılıb ki, OdƏr əvəzinə "Azər" desinlər onlar. Qoy "Muğanna" desinlər.
Əlibəyov dedi: "Sən uzağa baxırsan, Bünyad bəy".
Dedim: "Uzaqgörən olmasaydım, Nikolay Romanov məni bura göndərərdimi, cənab Əlibəyov?! Poz siyahıdan "Padişahlıq" adını. "Omarağalı" yazdır!"
Sən məndən kəndin niyə Padişahlıq adlandığını soruşdun, mən Padişahlıq adını necə pozdurduğumu da danışdım. "Yerli-yataqlı cavab"dan razısan?!
Səməd:
- Yox, - dedi. - Mən səndən soruşdum: "Omar ağa niyə işləyən deyildi?" Sən bunu Omar ağanın daim at belində dağda-bağda gəzməyilə izah elədin. Əsas məsələni gizlətdin.
Bəy dedi:
- Gizlətmədim, sadəcə ixtisar elədim ki, söhbətimiz qısalsın, axşama qədər "it iyində" qalmayım. Madam ki, tələb eləyirsən, danışım. Əmma izn ver yenə soruşum: belə şeyləri niyə danışdırırsan?
Səməd sərtləşdi:
- A kişi, dedim axı, bu dərsin səbəbini sonra biləcəksən.
- Yaxşı, yaxşı, hirslənmə, - deyib Bəy, tələb olunan sualın cavabını danışmağa başladı:
- Əmin Sultan Əmirli hələ əlli dördüncü ilin yayında, AdıPünhan - general Məhərrəmovun mənzilində səni başa salıb ki, Yer Bağları yalnız Ün eşitdiklərinə görə, Ün yaya-yaya SafAğ İnsan yetirməklə Bağlıq eləyirlər. Ün eşidən Bağın niyə işləyən olmadığını bilmək üçün Məhəmməd - bağHəmod peyğəmbərin bioqrafiyasını oxumusan, o mənzildə Ağ Əmirlə Boz Əmirin yeddi yüz əlli cildlik "Vərəsə" kitabxanasının "xronika"sını - Heydər Hüseynovun "Posle Potopa" kitabını oxumusan. Kitabxanadan qalan parçaları haman xronikanın əsasında tərtib eləyib SafAğ Alimi, batin çekist olmusan. EySarın Ününü eşitmisən. AdıPünhan Muğannanız kimi, gecə saat on ikidə stolun dalında öturub, səhər saat yeddiyə qədər Ün dinləmisən. Gündüzlər nə iş görə bilərsən sən beyinləri oxumaqdan, adamları tanımaqdan başqa?
Səməd soruşdu:
- Omar ağa nə yazıb?
Bəy dedi:
- Heç nə.
Səməd soruşdu:
- Niyə?
Bəy dedi:
- Onun bir böyük həcmli "Quran"ı vardı. Omar ağanın yaxın bir qohumu AdıPünhanın evində saxlanır o "Quran". Vatikan casusu Aliksiyin dəyişdirib çox yerini anlaşılmaz şəklə saldığı "Quran"ın əksinə, o böyük "Quran"da hər şeyi olduğu kimi oxumaq, şərh eləmək mümkündü. Aşıq Ələsgər öz gizlin şagirdləri ilə AğBizən kəndinə gedəndə, ya da yayda Omar ağa Göy Qılınc yaylağında olanda "Quran"ı oxuyub şagirdlərə şərh edirdilər. AğÜZ OdƏri olduğunu , "XIZ"ı - AğÜz cəmaatının Qazaxdan, Muğandan sürüldüyünü biləndən sonra İsa əfəndiyə, Musaya vurulan Mikayılı - Müşfiqinizlə birgə mən də gizlin şagirdlər olmuşuq. ƏlƏsgərin, AğBizənli Alının, Omar ağanın özünün şagirdləri idik.
- Müşfiqi də sən öldürməli idin?
- Əlbəttə!
- Bəs niyə öldürmədin?
- Bilmirəm, düzü, o şairin üzündə nə isə, qəribə doğmalıq görürdüm, elə bilirdim qardaşımdı.
Səməd bəyə maraqla baxdı.
- Hə! Cəlladda doğmalıq hissi!.. Təzə şeydi bu məndən ötrü... De görüm, Dəli Alı bilmirdimi ki, "gizlin şagird Bünyad bəy" Nikolayın casusudu?
Bəydən qəribə, çox pis hırıltılı gülüş qopdu. Bu yeni əlamət idi; Səməd diqqətdə baxıb anladı ki, Bəy çox səmimi, ürəkdən gülürdü.
- De, de, - dedi. - Nəyə güldün?
Bəy dedi:
- Əşi, bir orduluq Qacağın başçısı Dəli Alı Nikolayın casusu deyildimi? Dəli Alı cəmi Yer üzündə Ədələt Səltənətinin aşiqlərinə, AdıPünhan ƏlƏsgərin özünə açıqca deyirdi: "Cəmi Yevrey OdƏrləri EvƏrEyliklərini və cəmi bəşərin OdƏrliyini qanıb zorakılıqdan, müharibələrdən əl çəkməyiblər, sən mənim Gəncə qubernatorunun qoşunlarını qırmağımı niyə vəsf eləyirsən, ya Şeyx ƏlƏsOdƏr?!"
ƏlƏSgər deyirdi: "Nikolay itoğlu tutur bizi, ay Alı, zəliyə dönüb qanımızı sorur, sən qırırsan, mən də sənin igidliyini vəsf eləyirəm". Əgər Nikolay, sovetniki Tağıyevdən aldığı dərsdən bəhrələnib EvƏrEyliyinə ürəkdən inansaydı, sənin millətin belə ayaq altda qalardımı?!" Siz Bağlar da, biz Təhriflər də lap belə axmaqcasına söz oynatmaqla məşğuluq, Səməd!".. Sizin Dəli Alı sayağılarınız, belə alayarımçıqlarınız azdımı indi? Onlar da qan tökmürlərmi?!
"Yevangeliya"da EySar öz Apostollarına - EvƏsOdƏllərinə demirmi ki, "Sizdən biri satacaq məni". Hər şeyi görən, əvvəlcədən bilən EySar, Vizantiya casusu Paveli, o Yevreyi niyə ifşa eləmir?! Mən Yevrey, mən Yəhudi, soruşuram səndən indi: "Ay sadist, "BağBil"dəki "ÜnEvEy" sözü "ne übiy" tərcümə olunubsa, EvEyin Ünü insanı öldürmürsə, məni niyə öldürürlər?!
Səməd dedi:
- ÜnEvEy "ne Ubiy" demək deyil, ay Yevrey ÜnEvEy öldürür!
- Nə?! Öldürür?!
- Əlbəttə! Bayaq sənə demədimmi ki, cinayətlərini yenidən görəcəksən! Dəfələrlə! Mənim səsimlə, öz səsinlə dönə-dönə eşidəcəksən Odu-Həqiqəti!
- Və öləcəm?!
Səməd bir az ara verdi.
Sonra Omar ağanın sözlərini təkrar etdi:
"İt kimi öləcəksən!"
Bünyad bəy bir daha, dönə-dönə soruşmaq istədi ki, "Əgər bu sorğu-sualın yekunu ölümdürsə, məni də danışdırmağın mənası nədi?!”
Əmma dillənə bilmədi.
Səməd bir daha dedi:
- Sonra biləcəksən hər şeyi. Sonra, sonra.
Bəy birdən-birə lap çılğın qışqırtı ilə:
- Heç qanammıram ki, niyə danışdırırsan məni! - dedi. - Niyə? Niyə?!
Səməd əksinə, sakitliyini saxlayırdı.
- Mən sənə dedim: "Muğanlı küllüyünün tarixini danışıb qurtarandan sonra biləcəksən bu sadistliyin səbəbini! Alimlərlə Dəlilər arasında əlaqə necə qurulmuşdu? Dübarə və yerli -yataqlı cavab!
Danış!
Bəy dedi:
- Əlaqəni yaradan Aşıq ƏlƏskər idi. ƏlƏskərin qardaşı Məhəmməd idi. Təkcə Alının əlinin altında bir orduluq Dəli vardı. Demədimmi?!
- Aşıq Alının?!
Bünyad bəy təkrar çılğınlaşdı:
- Öldürürsən məni! AğBizənli Aşıq Alı, dedim ki, Ələskərin bacısı oğlu idi, ƏlƏskərdən sonra AdıPünhan, açıq ƏsAğ olmalı idi BağBağÜn, əxi Baba yanında. O tayda, Türkiyədə əxilərlə əlaqə saxlamalı idi. Yəni gizlin BağÜnlərin - "Muğanna"ların gizlin "Aşıq məclis"lərində "Ustadnamə" - ƏsOdÜnMənləri, "Təcnis" - OdƏsÜnƏsləri, "Bağlama"ları - BağBağa bağlayan "Qıfılbənd", "Dastan" - OdƏsOdÜnləri şərh edə-edə, təhrif mühit Bağlarının biliklərini, yaddaşlarını təzələməli idi. Omar ağanın EySardan eşitdiyi xəbərləri çatdırmalı idi.
"Alı" deyildi Aşıq Alı, Əli idi. Rütbədi bu "Əli" sözü, Göyçəli Aşıq "Alı" Hüseyn ağanın - ƏsÜn AğEyin Əli - işləyəni, söz ilə yaradanı imiş. "ƏlƏskər" - ƏlƏsOdƏr EySarın özünün Əli idi. ƏlƏsKərin şagirdi Aşıq AğBizənli "Alı" da, dediyim kimi, Əli idi. Ustadından sonra ƏsAğ - Yaradan SafAğİnsan olmalı idi.
Səməd soruşdu ki:
- Niyə "olmalı idi" deyirsən? Baş tutmadı?
Bəy dedi:
- Mən deyirəm ƏlƏsKərdən sonra olmalı idi və oldu da. Hələ ƏləsKərin sağlığındakı Əlilərdən danışıram axı, ay sadist! İmkan ver danışım də!
Səməd dedi:
- Danış. Çox əziyyət vermərəm daha.
Bünyad bəy nisbətən sakitləşdi.
- Dəli Alı da "Alı" deyildi, Əli idi. Dəli "Alı" rütbəsinin "Aşıq Alı" rütbəsindən fərqi bunda idi ki, "Dəli Alı" - OdƏl Əli - həqiqət Əlinin Əli idi. Yəni Bağ Sarın - Musa ağanın vuran Əli idi: Qırğın təhlükəsi yarananda, ərazini tərk eləyib bir daha Tərik-Türk olmaq mümkün olmayanda Ulu Bağ ƏsƏlMən özü "ƏsƏlim!" deyirdi. Yəni dözmürdü. Bağ Ata əzab verirmiş buna görə... o əziz oğluna əzab!
Səməd soruşdu ki:
- İkiliyin səbəbi yoxdu?
Bəy fikirləşməli oldu:
- Görünür, yerdə həyatın ağırlığındandı də, yoxsa Ulu Bağ səbrini itirməz.
O, Dəli Alının Səttar kimi sərkərdələri, Qaçaq Nəbi, Qaçaq Kərəm kimi sərkərdələri vardı o tayda, bu tayda. On birinci ildə Səttar xan vurulandan sonra Ağ Əmirlə Boz Əmirin mədrəsəsində dərs alan Dəlilər, yəni farsca Fədai adlananlar bilavasitə Dəli Alının başçılığı ilə döyüşürdülər.
- Səttar xanı kim vurdu? Niyə ötürürsən?
- Sadist! Mən heç bilmirəm niyə Adil - OdƏl sayılırsınız siz belə zülmkar ola-ola! Sənə məlum deyilmi ki, Birinci Aleksandrın Muğanı tutduğu vaxtdan da əvvəllər dolmuşuq biz İrana?! "Rus vurdu Səttarxanı" deyirlər. Cəmaat nə qanır "Rus kimdi, "Yevrey" kimdi? "Yevrey" elə "Rus" üstə getmirmi?! Meydanda sinəsini qəribə, qorxusuz - ürküsüz durubmuş Səttar xan. Lap uzaqdan, tindən atıblar, yıxılıb, vəssalam! Ümumiyyətlə ehtiyatsızdılar Qaçaqlar, Fədailər. Yalnız Təbrizdə Ağ Əmirlə Boz Əmirdən dərs alıb Mazandarana - filana İngilis ordusunun qabağına çıxan Fədailər əsgərsayağı intizamlı, ehtiyatlı idilər, bir də onların arasından bu taya - Göyçəni, Dərə ƏlEyƏi, AğBizəni qorumağa gələnlər bildilər ki, bu yanda Rus hər cür cildə girir, ona görə də özlərini qoruyurdular. Yayda, Göy Qılınc yaylağında Omar ağa, əli çəlikli gedib, gizlin yolun qırağında otururdu. Göy Qılıncdan özünün geyindiyi arxalıq kimi qara arxalıqlı, ağdəstə xançallı, əli dərviş əsalı adam görəndə bilirdi ki, AdıPünhan Əmirlilərin qasididi. Binədəki qonaq dəyəsi"ndə çətən qapını bağlayıb EySarın əmrlərini danışandan sonra "qonağ"ının çantasına pendir, çörək qoyurdu. Nə Göy Qılınc yaylağının "Omarlar" yurdunda, nə Qılıncın ayağındakı dərədə Omar ağanın bacısı uşaqlarının "Qanlı yurd"unda, nə də "Qanlı yurd"dan o yanda, dağ döşündə Omar ağanın ana qohumları "AllahMən"lər yurdunda heç kəsin xəbəri yoxdu ki, "qonağ"ının çantasındakı çörəyin içində "Göyçəyə, Aşıq ƏlƏsKərə məktub gedirdi. Göyçədə də heç kəsin xəbəri yoxdu ki, haman çörək Aşıq ƏlƏsKərin atının tərkində, heybədə Dəli Alıya gedirdi. Dəli Alının Dəliləri məktubun üzünü köçürüb Qaçaq Nəbiyə, Qaçaq Kərəmə aparırdılar. Qaçaqlar dəstə-dəstə yayılıb o tayda Ərbabların dədələrini yandırırdılar, butayda qubernatorun mən təki batinlərinin də dədələrini yandırırdılar. Omar ağanın dönə-dönə tapşırdığına baxmayaraq, SafAğa vaqif Bünyad bəyi də bir-iki dəfə döymüşdülər. O orduqozdu olanın gəlsin aparsın bu iki küpə imperialı! Kefinizi çəkin dünyada, ay bədbəxtlər! Cəmi Yer üzündə Vahid Ədalət Səltənəti ideyasını Rusiya imperiyası ideyasına çevirmişik biz "Yevrey"lər, ay bədbəxt!1 ƏsƏlMən - "Solomon" - "Suleyman" Yerə qayıdanda Ədalət Səltənətini bərpa eləmək çox çətin olacaq. Yer Kainatdan ayrılıb, a bədbəxt! "Ərəb" "Yevrey"lərini doldurmuşuq İraqa. Şimali Azərbaycana Asoruları doldurmuşuq "Kürd", "Erməni" Adı ilə. Ən xırda milli azlıqlar arasında da ədavət salmışıq. Hətta talışların könlündən də müstəqil respublika keçir! Əbləhlər qanmır ki, "talış respublikası" Xəzəri sizin əlinizdən qopartmaqdan ötrüdü. Simali Azərbaycanla cənubi, Şərqi Azərbaycan arasında sədd çəkəcəyik, xırda-xırda hər cür "kürd", "ləzgi" respublikaları ilə SafAğ İnsanı - OdƏri, Bağday ərazisini yoxa çıxarırıq. Döyüşür indi "Yevrey", a bədbəxt!
Orda-burda "podpolnıy KPSS"də Səddamın dövləti də, Xomeneyinin dövləti də, qeyriləri də bizimdi!
Səməd dedi:
- Ehtirasa qapılma, bəy, Sən küllüyün tarixini danış.
Bünyad bəy bar-bar bağırırdı:
- Saysız - hesabsız sualların cavabında "yerli-yataqlı cavab"lar uzandıqca uzanacaq! O Göy qılınc yaylağında, o "qonaq dəyəsi"ndə Omar ağanın qara arxalıqlı "qonaq"ların çantalarına, çörəyin arasına qoyub göndərdiyi məktubların sayı-hesabı yox idi. "Qərib oğlan" deyilən Mikayıl Müşfiqi yanıma alıb çıxırdım Qılıncın belinə ki, Omar ağanın heç olmasa bircə "qonağ"ını görüm, bir çarə tapım, məktublardan heç olmasa birini oxuyum. Mümkün deyildi. Qılıncdan dərəyə enən kimi yoxa çıxırdı "qonaq". EySar torlandırırdı gözümü. Taqətdən düşüb yıxılırdım. "Yerli-yataqlı cavab" versəm, gərək qubernatorun Qaçaqlarla döyüşlərdən sonra ələ keçirdiyi o saysız-hesabsız məktublarla bağlı hadisələri də danışım! EySarın öz BağSarına əvvəlcədən xəbər verdiyi müharibələri, siyasi keşməkeşləri, saysız-¬he¬sabsız qırğınları danışmaq olar?! Amerika İngiltərə ilə, Almaniya, Fransa, Yaponiya, Çinlə bağlı idi o məktublar! Bütün planetlə, bütün Kainatla bağlı idi! Birinci, İkinci dünya müharibələrindən sonra şəhərlərdən-şəhərlərə, ölkələrdən-ölkələrə aparılan gizlin arxivlərlə birlikdə Amerikaya qədər yayılıb o məktublar! Bu "qəbristan" bədbəxtin beyni "Fəlakət tarixi" deyil, "Muğanlı küllüyünün tarixi" deyil, dünya tarixidi! Dünya! Bu meyidin bu narkotika dartan kürəkəni vardı, Türkiyədə hazırladığımız "Boz qurd" batalyonlarından, deyirdi: "Mı vas vsex perestrelyayem!" Göz gəzdir indi planetə, gör necə əlavə üsulla perestrelyayem "qloballaşma" üsuluynan Vahid dövlət xəyalına düşən əbləhlərinizi!
Səməd dedi:
- Bax, bu çılğın səsin səslənəcək öz beynində! Danış! Fasiləsiz səslənəcək o it kimi öləcəyəin günlərdə. Məsləhət görürəm, tarixi danış. De görüm, ƏlƏsKər də Ün eşidirdisə. Omar ağa niyə məktub yazırdı? Sözünü Göy Qılıncdan Göyçəyə birbaşa deyə bilməzdi?
Bünyad bəy dedi:
- Ağ Əmir, Boz Əmir kimi, ƏlƏsKər də Ün eşitmirdi o vaxt.
- Niyə?
- Necə niyə, ay sadist! Bir-birindən eşşək çar Ağaları, çar bəyləri gecə-gündüz qapısını kəsdirib kef məclislərinə aparırdılar! İçib keflənib, o səksən yaşlı kişinin gözü qabağında Rus, Erməni zənənlərini soyundurub min oyundan çıxırdılar! Mühiti çox pis idi ƏlƏsKərin. Hətta mən Bünyad kimiləri heyrətlənirdik onun dözümünə.
"Qanlıda qonaq qalanda, aşığa sataşdı birə. Əl atdım birini tutam, tutammadım, qaçdı birə". "Birə"yə yox, qansoranlara yazılıb bu.
"Güləndam", "Pəri"... bəylərin sifarişilə yazılıb hamısı. SafAğ alimi Molla Pənah Vaqif, xanın təkidi ilə yazdığı erotik şeirlərdən necə işgəncə çəkibsə, ƏlƏsKər də elə işgəncə çəkirdi. Murdar mühitdən qaçıb Omarağalıya, Göy Qılınca gedəndə beyni açılırdı, Ağa, bəy mühitinə gedəndə yenə kar olurdu.
Səməd dedi:
- Bir yersiz sualım var, Bəy. SafAğ Elmini incəliyinə qədər bilə-bilə murdar mühitdən niyə qurtara bilmirsən yaxanı?!
Bünyad bəyin səsi endi:
- - Gecdi! Çürümüşəm mən! Axirətdə yerim yoxdu!
Səməd dedi:
- Bir də təkrar sualım var. De görüm, Axirətdə yeri olmayan bu canlı meyidə niyə dərs deyirəm mən? Özün də soruşursan bunu. Cavab ver.
- Deyirsən "sonra biləcəksən".
- De görüm. Ağın içində deyilən dərsdən nə nəticə çıxartmısan?
Bünyad bəy bir xeyli baxa-baxa qaldı.
- Ay sadist, bayaq danışmadın mənə hər şeyi?!
Səməd dedi:
- Yol ayrıcında, ya Ağın içində, nə fərqi var, bəy? Gördüyünü gördün, eşitdiyini eşitdin. Dərs - dərsdi. Mən səndən soruşuram: nə nəticə çıxartmısan?
Bünyad bəy dedi:
- Kutləşmişəm.
Səməd dedi:
- Səhv eləmə, bəy. Birinci nəticən budur ki, Kainatla Yer arasında gediş-gəliş var. Bax, o meyidi "öz əlinlə dəfn elədin”. Səməd Əmirlinin "Ruh"undan - ƏrAğından yeni Səməd-SimOd yaranıb. İşıq gəmisində Yerə gəlib. Sənin həyatına müdaxilə eləyib. İkinci nəticə: Axırət - AğƏr planetlərində "İns" Yerdəki bütün cismani, mənəvi noqsanlardan azad olur, cavanlaşır, gözəlləşir, əbədi olur. Üçüncü: sənin Yerdə tamam nöqsansız kimi tanıdığın adamlar da Ağ planetinin içində Odda-həqiqətdə yanır, təmizlənirlər, yalnız bundan sonra AğƏrə uçurlar.
Bəy dedi:
- Bunları mən dəfələrlə oxumuşam, dəfələrlə eşitmişəm.
Səməd dedi:
- İndi isə inam qazandın?
Bəy dedi:
- Ola bilər.
- Yəni doğrudan da dərs aldın. Düzdü?
Bəy təsdiq elədi.
Səməd soruşdu ki:
- İndi de görüm, Ağın içində inanırdınmı ki, Sərvinaz doğrudan da dərs deyir sənə?
- İnanırdım. Əmma o qədər yox.
Səməd dedi:
- Səni inandıran da mənəm, inamını alan da, verən də mənəm. Bax bu da bir nəticə! Beynin ovcumdadı də.
Bəy yandı-yaxıldı.
- Siçan-pişik oyunu oynayırsan, ay sadist! Sənin nəyinə lazımdı bu beyin?!
Səməd dedi:
- Bütün Ün eşidən Muğannalar kimi, mən də EySarın hökmü ilə işləyirəm, bəy. EySar deyir: "dərs de o təhrifimizə", mən də deyirəm.
Bünyad bəy hirslə:
- Allahımız desin görək, onun nəyinə lazımdı bu dərs?
Səməd:
- Deyib... Sonra biləcəksən, - dedi.
- Bu "Sonra" nə vaxt olacaq?
Səməd əlini alnına çəkib:
- O vaxtı da demişik: "İt kimi öləndə”, hər şeyi, yenidən görüb, yenidən eşidəcəksən! Budu Od - həqiqət, ey bədbəxt təhrif! Qadın dərsi adı dərs deyil, fantastikasız fantastika deyirlər buna Yerdə.
Yaratdığın tarixi danış.
PirVəlinin çobanları qanın izi ilə gedib otryadınızı gülləyə basdılar, qovdular. Səhərisi Omarağalıda, Omar ağanın həyətindən üç cənazə birdən qaldırıldı. Harda idin sən onda? İşıqsaçanın cənazəsi altında idin. Niyə qabaqda getmirdin?
Bünyad bəy dedi:
- İstəyirdim camaatın söhbətini eşidim.
Səməd soruşdu ki:
- Nə deyirdilər?
- Deyirdilər, "Mustafa körpədi. Bir İsa əfəndisi qaldı Omar ağanın. Onu da vursalar, qapısı bağlanacaq".
Səməd sərtləşdi:
- Danış görək, necə bağladın Omar ağanın qapısını?!
Bəy ağır-ağır başını tərpədib:
- Bağladım, bağladım, - dedi. - PirVəlininin, Hüseynin Salahlı Musanın qırxına qədər yedim, yatdım Omar ağanın su quyusunun yanındakı qonaq otağında - çəpərə evdə1.
İndi söz düşəndə Muğanlıda çox adam heyrətlə bir-birindən soruşur ki, "PirVəlinin dili kəsilibmiş. Hüseynnən Salahlı Musa da ölübmüşlər. Bəs onların necə güllələndiklərini necə bilib Omar ağa?" Hardan bilsinlər ki, özüm danışırdım hamısını. Bəli, sadist! Mən də belə sadistlik eləyirdim.
İsa əfəndinin bir ayağı Qazaxda idi, bir ayağı kənddə. Qardaşlığı, adyutantı Salahlı Musanın qohumu Salahlı İsmayıl da yanında, xır yoldan Omarağalıya dönəndə bütün kənd, arvadlı-uşaqlı tamaşasına çıxırdı. Qara atının belində, vəznəli çuxada, qılınclı, mauzerli, işıq saça-saça gələndə elə bilirdilər Allah gəlir.
Səməd dedi:
- Dayan. Musa-Salahlı, İsmayıl Salahlı. Nə ilə bağlı idi bu?
Bəy dedi:
- Qazağın indiki Salahlı kəndlərinə "saloğlu" da deyirlər, çünki Rus indi də ardıcıl çalışır Bağlar - "Muğannalar" əsllərini itirsinlər, "Əslim haray" deməsinlər.
Leninqradda şərqşünaslıq institutunda xüsusi düşünülüb bu, planlaşdırılıb. Əsli-ƏsƏl AğƏLdi. "Saloğlu"nün - "Salahlı"nın əsli Bağdayın necə deyərlər, lap dib ocağından - ƏrEydəndi.
Ulu Bağ İraqı tərk eləyəndə, Qreklərin qabağınca qaça-qaça Ərdəbilə, ordan Muğana, Muğandan buraya, Qazax qəzasına sürüblər "Kürd" sayırlar özlərini. Bax beləcə parçalanırsınız siz, ay bədbəxt OdƏrlər.
Sizin Səməd Vurğun bilirdi hər şeyi. "Yerlərə baxıram, baxçalı-Bağlı, göylərə baxıram qapısı Bağlı". Xəlvətdə özünə "Kürd” deyirdi: GurOd! Əslən ordudu Salahlılar. İsa əfəndiyə adyudantlığa o İsmayılı verməkləri də irsidi, Hüseynə adyutantlığa Musanı verməkləri də. Vurğununuzun atası Yusif saz, söz adamı olmalı idi, mühiti qarışıq oldu, itirdi hər şeyi. Vurğunun qardaşı Mehdixanın ölümündən sonra özlərini tamam itirdilər, xəlvətdə "kürd"cə, "cuhud"ca danışan, əsilsiz-nəsilsiz adamlar oldular. Əmma o İsmayıl, o Musa hər şeyi bilirdilər və Bağlara bağlı idilər. İsa əfəndini xüsusilə sevirdilər. Çünki hamısını orduya bağlayan o idi...
- Dayan, bəy. De görüm, Ün eşidirdimi İsa əfəndi?
Bünyad bəy köksünü ötürdü.
- Gör neçənci dəfə məcbur eləyirsən deyim ki, təhrif mühitdə Bağların beyinləri qapanır.
PirVəli, dedim, savadsız qalmışdı, məlumatsız çobanlar arasında yaşadığına görə Ün eşitmirdi.
Hacı Əli atasını, nəslini Din içində gizlətmək xatirinə, əmisi Hacı Qaryağdı ilə birlikdə Məkkəyə gedib "Hacı" olmuşdu. Dəllalların, alverçilərin arasında çarvadarlıq eləyirdi. Amasiya mədrəsəsində Mövləvilik adı altında öyrəndiyi elmi, etiqadı itirib, nəinki Ün Eşitmirdi, hətta evə qayıdanda atasını başı yığnaqlı görəndə qışqırtısı göyə dirək olurdu: "Çıxın! Mən bu xarabadan cəhənnəm olana qədər birinizin də ayağınız dəyməsin bura! Casussunuz hamınız!"
"Qonaq"lar Omar ağaya baxırdılar, Omar ağa isə küncə çəkilib ağlayırdı.
Gedirdim otururdum dizinin dibində, yalvarırdım ki, "Başa Sal məni, ağa. Hirslənəndə bircə baxışı ilə şagirdlərinin canına lərzə salan EvƏrAğEy öz oğlunun qabağında niyə belə acizdi?"
İkicə kəlmə deyirdi həmişə: "Dərdim böyükdü". Yəni alver Hacı Əlini çox kobudlaşdırmışdı.
- Dayan, bəy. De görüm, bəs niyə deyirlər ki, Omar ağa hacı Əli ilə fəxr eləyirdi?
- Bir hadisə ilə bağlı idi o fəxr eləməyi. Hüseyn ağa bilirsən ki, lap çox yaşamışdı. "Fantastikasız fantastika" İsa əfəndinin sözü idi. Dedim, bilirsən ki, bir qədər russkoyazıçnı idi o. Lazım gələndə, Tiflisə - qubernatora məktubları da o yazırdı. Deyirlər ki, bir dəfə böyük bir məktub yazıb qubernatora, deyib: "Baba, Tiflisin qubernatoru da türkcə pis bilir. Sən götür bu məktubu, özün apar, oxusun, başa düşmədiyini də özün başa sal ki, bəşəriyyət bütünlüklə ƏrEydən - "Rey"dən çıxıb, (Siz "Rey"ə - Ray deyirsiniz) budu, nəvəm təfsilatla yazıb, izah eləyib, sən özünü bizə yad bilmə, Başkeçiddəki qaçaqların üstünə saldat göndərmə, əksinə, özün get onların yanına, bu məktubda yazılanları de qaçaqlara, qardaşlaşın, birləşin, gedin Peterburqdakılara da dərs deyin, Vahid Səltənət yolunda daha bir belə addım atılsın". Hüseyn ağa - ƏsÜn AğEy Ün eşidirdi. Bilirmiş ki, nəvəsi belə bir şey təklif eləyəcək, əmma bu işin axırında nə isə qanlı hadisə olacaq... Götürür məktubu, minir faytona, gedir. Qubernator çox yaxşı - xoş-beşlə qəbul eləyir, yazılanı da dərk eləyir. Əmma Huseyn ağa Padişahlığa qayıdandan sonra dəftərxananın zabitləri yığışırlar qubernatorun başına, deyirlər Musa ağanın oğlu səni tora salıb, Peterğurqa söz çatmamış adam göndər Padişahlığa, öldürtdür onu. Qubernatorun yanında Qaçaqlarla işləyən təcrübəli casus varmış. Qubernator deyib: "Sən get. Tüfəngsiz. Xançalını da gizlət. Vur, qaç". Casus deyib: "Axı Hüseyn ağaya hər şey əyandı. Öldürtdürər məni". Qubernator inandırır ki, Muğannalar heç toyuq başı də kəsmirlər, hətta qan düşmənlərilə təam kəsirlər, elmi söhbət eləyirlər... Qisası, gedir o casus qaçaq, həyətdə səlam verir, əlini atır çuxasının altına, xançalı çıxardıb endirir Hüseyn ağanın başına. Əmma Hüseyn ağa əlini atır, xançalın tiyəsini əli ilə tutur, qanı tökülə-tökülə dartır, burur, xançalı alır. Görür əli şikəst qalacaq. Hacı Əli hirsindən ağlaya-ağlaya düşür yola, o qaçağı da öldürür, dəftərxana işçilərindən üç-dördünü də. O vaxtdan Omar ağa Hacı Əliyə hirslənsə də, xəlvətdə "nər oğlum" - deyirmiş. Hacı Əlinin Ün eşitməməyi, dəllallıqda kobudlaşmağı, üstəlik qan tökməyi həmişə əzab verirmiş Omar ağaya. Mən deyirəm, öz gözümlə gördüm necə ağladı Omar ağa, "Dərdim böyükdü" - dedi.
Səməd bu təfsilatı təqdir eləyib, gülüb:
- Bax bu yaddaşı da mən verdim sənə, bəy, - dedi. - İndi soruşsam ki, Hüseyn ağadan olanları nə adla tanıyırlar Muğanlı, Sadıqlı, Şıxlı kəndlərində, Bakıda, deyə bilərsənmi?
- Yox.
- Niyə?
- Çünki bilmirəm.
Səməd yenə dodaqucu qımışıb:
- Yaddaş verirəm, danış, - dedi.
Və lap qəribə oldu ki, Bəy o dəqiqə:
- Çıraq deyilənlər Hüseyn ağanın nəslindəndi, - dedi.
- SafAğ olanları varmı?
- Bilmirəm.
- Niyə?
- Məncə, sən özün qoymursan bilim. - Bildiyim budu ki, mühitləri pisdi Çıraqların. Məndən də bəd adamlar arasında işləyirlər.
Səməd dedi:
- De görüm, İsa əfəndi, niyə Ün eşitmirdi?
Bəy dedi:
- Qan tökmüşdü o.
On beş-on altıncı illərdə hərbi gimnaziyada oxuyanda "İstoriya İslama" yazmışdı İsa əfəndi. Batin Elm katibi idi. Həqiqi Din tarixi deyildi. Gətirib atasının "Quran"ının yanına qoymuşdu ki, "po delam pereselensev" idarəsindən gəlib - gedənlər görsünlər, desinlər, İslamı qəbul eləyiblər bunlar.
Denikinçilərlə - Ruslarla Trabzonda döyüşdən sonra, Dəlilər stansiyası ilə Gəncə arasında Rus ordusunu qırıb-çatmışdı İsa əfəndi. Belə kinlə qan tökən adam necə Ün eşidə bilərdi?!
Səməd gözlənilmədən: - İndi əziyyət verəcəm, - dedi. - Musa burda zəhləmi aparıb ki, Peterburqdan təzə gəldiyi vaxta, altıncı ilə aparaq onu, Nərimanın birinci müəllimlər qurultayı keçirdiyi günə. Özümüz də oturaq o qurultayda, deyir, Doktorumuzun istəkli arkadaşı, türk aktyoru Bünyad bəyi danışdıraq, qulaq asaq. Necə baxırsan sən bu təklifə, bəy? Gedəkmi altıncı ilə?
Bünyad bəy birdən tir-tir əsib, əllərini qaldırıb, göyə doğru qışqırmağa başladı:
- Ey, yeri-göyü yaradan! Əgər mən sənin bəndənəmsə, lap bir parça vaxtımdan namaz qıla-qıla sənə bəndəlik eləmişəmsə, niyə saldın məni Nikolayın bu razvedka cəhənnəminə?! Su kimi saf körpə idim, sənin öz icazənlə yaranmış Ərəb dilində "Quran" oxuyurdum! Sənin öz icazənlə yaranmış Rus dilində "Bibliya" oxuyurdum! Müqəddəsdən də müqəddəs ruhani olmaq istəyirdim! Niyə göndərdin məni o müzür Nikolayın departamentinə?! Ruhani seminariyasının dili- ağzı özündə, fəqir, yazıq sagirdi hara, razvedçik hara?! Niyə bədbəxt elədin bu fəqir bəndəni, ya Rəbbim?!
Səməd dedi:
- Aktyorluğunu yada saldın, oynadın, bəy. Müsibətləriyin günahını EySarda görürsən?
Bəy dedi:
- Ayağımın altında qarışqa qalanda ona da yazığım gəlirdi! Bu "Yer" adlanan EyƏrin sahibi EySardırsa, qarışqadan filə qədər, cəmi heyvanat, ana bətninə düşən körpədən bu yüz on üç yaşlı bədbəxtə qədər, cəmi bəşəriyyət onun ixtiyarındadırsa, niyə saldı məni bu razvedka cəhənnəminə?!
Səməd dedi:
- Düz deyirsən, ay bədbəxt razvedçik.
Bünyad bəy duruxdu.
- Nə?! Təsdiq eləyirsən?! Günahı Onda görürsən?!
Səməd soruşdu ki:
- De görüm, EyOdƏr Babamızın ikinci rütbəsi nədi?
Bəy dedi:
- EyƏsÜndü.
Səməd soruşdu ki:
- Təhrifləri nədi EyƏsÜnün?
Bəy dedi:
- "Yazan"dı , "Yazdan"dı, "Yasın"dı. Niyə soruşursan ki?
Səməd dedi:
- İndi biləcəksən, ən böyük günahkar insanın taleyini yazan - "Yazan" - "Yazdan", - "Yasin" - EyƏsÜn EyOdƏ Babamızdı, ay bədbəxt razvedçik. İkinci günahkar Yazanın yazdığını Bağ Atamıza çatdıran BağBağÜn Babamızdı. Üçüncü günahkar yazılanların əsasında hökm verən Bağ Atamızdı. Dördüncü günahkar hökmləri icra edən EySarımızdı. Bəndədə nə günah var?!
Bünyad bəy bir xeyli ağzıaçıq baxıb dedi:
- Əgər bilsəm ki, bu sözləriyin altında da ayrı söz yoxdu, ayağına yıxılaram!
Səməd dedi:
- Sözlərimin altındakı "ayrı söz" nədi?
Bünyad bəy pis səs çıxardı - bu dəfə lap pis fısqırdı.
- Evim yıxıldı!.. Söz altında gizlədilən SafAğ Elmidi. Bütün elmi danışım indi?!
Səməd dedi:
- "Yazan" - "Yazdan" - "Yasin" - EyOdƏr EyƏsÜn Babamız - Uca Yara¬dan Ün Babamız yazmır, danışır, bəy. BağBağÜn Babamız - BağÜnlər Bağı - beyinlər Bağı danışılanı çatdırır Bağ Ata, yazılanı yox.
Yəni "Yadro" adlandırılan EyOdƏr planetində ümumən Kainatda yazı çoxdan yoxdu.
De görüm, ey günahı göylərdə görən, EyƏsÜn EyOdƏr Babamızın adını "Yazan" qoyan Türkün günahı böyükdü, "Yazdan" deyən Farsın, ya "Yasin" deyən Ərəbin?
Bünyad bəy inildədi:
- Yenə bir aləm şey danışmalıyım?!
Səməd dedi:
- Lap qısası! Türkün "Yazan"ı yaxındı EyƏsÜnə - Uca Yaradan Ünə, ya Farsın "Yazdan"ı ilə Ərəbin "Yasin"i?
Bəy dedi:
- Mənə dedirtmək istəyirsən ki, nə "Yazdan"ın mənası var, nə də "Yasin"in. Türk dilindənki "Yazan" isə EyƏsÜnə yaxındı. Dedim bunu! Özgə nə deməlidi bu bədbəxt?! Səməd dedi:
- Çox şey deyəcəksən hələ, ay bəndənin günahlarını "Rəbbi"də görən bəndə! Sən "yazıq", "fəqir" şagird hələ ruhani seminariyası yaşına ayaq açanda, ilk dəfə "Rəbbi" deyəndə batmısan günaha. EySar baxıb o təhrif beyninə, görüb Birinci Nikolayın cəsusu Bünyad o seminariyanı qurtaranda İkinci Nikolayın departamentinə sevinə-sevinə gedəcək, razvedçik kursunu qurtaranda Peterburqdan Bakıya sevinə-sevinə gələcək.
Yaddaşını almışdım bayaq, o titrədiyin, qışqırdığın dəqiqətlərdə. İndi qaytarıram.
De görüm, Ağ planetinin içində hurilər - EyƏrlər səni öpəndə cavanlaşdın, ya yox?
Bünyad bəy mısmırıqlı oldu.
- O oyunun axırı pis qurtardı.
Səməd dedi:
- İblis peyda oldu, sən huşunu itirdin. Gözünü açanda gördün burda - yol ayrıcındasan, yatıb dincəlmisən, gumrahlaşmısan. Yaddaşın qaytarılandan sonra bildin ki, "Ay" planeti adlandırılan AğƏsEyin daxilində cəhənnəm haqqında əməlli-başlı təsəvvürün var. İblis adlandırılan EvƏlƏsi öz gözünlə görmüsən. Bunun nəyi pisdi, bəy?
Bünyad bəy dedi:
- Yer alimlərinin mülahizəsinə görə, ikimininci ildə bu planetdə bəşəriyyətin sayı beş milyarda çatmalı idi. Bədbəxt təhriflərin gözlərinin qabağında qan su yerinə axır. Atom stansiyalarından, katakombalardakı atom silahlarından yayılan şüa təbiəti məhv edir, Yeri Su basır, yoluxucu xəstəliklər baş alıb gedir, ölüm artır. Doğuluşun məhvə getdiyini dərk edə-edə niyə xidmət eləyirsən bu təhrif bəşəriyyətə!
Bəy dedi:
- Özüm də məəttəl qalmışam.
Səməd gülüb gözlənilməz sözlər dedi:
- Sən hələ də AğƏsEyin içindən çıxmamısan! Cəhənnəmdəsən!
Bünyad bəy qarşısındakı meyitə, lapatkaya, küpələrə, küllüyə, bağıyeyən tağına, quyuya baxdı. Sonra Çinar gölünə, köhnə bulaq yerinə, çinarın altına, ocaq tüstüsünə və nəhayət, birbaşa şüşədən çaxır içən Səmədin özünə baxıb, ağır-ağır başını buladı.
Səməd:
- Nə fikirləşirsən? - dedi.
Bünyad bəy dedi:
- Mən ki Yerdəyəm. Niyə alladırsan məni?
Səməd dedi:
- Gözünü yum, aç, bir də bax mənə!
Tərəddud eləmə! Qorxma!
Bünyad bəy itaətlə gözlərini yumub, açıb, bir də baxanda Ağ Əs-EyƏrində gördüyü hamanca İblisi gördü və Ağdakı kimi, yenə huşunu itirib yıxıldı.
4. Bir daha fantastikasız fantastika
Aradan nə qədər keçdi? Bilmədi. Gözlərini açıb dikələndə özünü yenə küllükdə gördü. Xəlvət Rəhimin meyiti, lapatka, küpələr, kolların arxasında tüstülənən ocaq - hər şey yerində idi.
Musa kolların arasında ocağın küncünə yığılmış şişlərdən birini götürüb, ayağa qalxıb, çinardan o yandakı qalın pohrəliyə doğru getdi. Bünyad bəy yalnız indi gördü ki, orda - pöhrəlikdə süfrə açılmışdı. Sərvinaz Ağda, süfrənin başında, mütəkkənin üstündə necə oturub yayxanmışdısa, indi də eləcə rahat, əmin-arxayın oturub yayxanmışdı. Klara Sərvinazın sol tərəfində bardaş qurmuşdu. İra sağdan birinci, ayaq üstə dayanmışdı. Qalan "verbovannıye" qızlar süfrənin dövrəsində cərgələnmişdilər.
Bünyad bəy heç nə anlamadan ayağa qalxanda arvadının hamanca həlim, mehriban səsini eşitdi:
- Gəl, gəl, ay bədbəxt Yerin bədbəxt oğlu. Bağımızın acı meyvələrindən çox yedirtdik sənə. Gəl otur öz yerində, şirin meyvələrdən ye, cana gəl.
Bünyad bəyin canında gizilti vardı.
- Əvvəlcə başa salın məni görüm haradı bura?
Hurilər gülüşdülər.
Sərvinaz dedi:
- Necə yəni haradı, a kişi? Görmürsənmi, Ağdasan?
Bəy ətrafını göstərdi.
- Ağdayamsa, bəs bu küllük, bu quyu, bu meyit nədi?!. O göl, o çinar, ocaq nədi? SimOd, bədbəxt günahsız Orduqozdu Musa hara, cəhənnəm hara?!
Qızlarla birlikdə bu dəfə Səməd də qəhqəhə çəkdi.
Sərvinaz dedi:
- Səmədlə Musa OdAğÜzdən gəliblər ki, dərs desinlər sənə. Yaratdığın tarixi danışıb qurtarandan sonra çıxıb gedəcəklər onlar. Sən burda, bizim yanımızda qalacaqsan. Cəhənnəmdə! "Cəhənn" də, "Cənn" də təhrif sözlərdi, ey hökmdarımız, hər ikisinin əsli OdÜndü.
- Hər ikisi - OdÜn?!
- Bəli, bəy. Həqiqət Ünüdü OdÜn. "Dünya" dedyimiz isə OdÜnEydi - Uca Ün Həqiqəti. Bu isə, eyni zamanda AğƏr - "Axirət" aləmi Kainatdı. İndi özün nəticə çıxart, hökmdarımız: Nə "cəhhənnəm" var, nə də "cənnət"!
Bünyad bəy qəzəbli idi.
- Mən oxumuşam. Qreklər, Farslar, Ərəblər və sairələr OdƏr dilini dəyişdirə-dəyişdirə əcaibləşdiriblər. Vaxtilə inanmışam mən buna, Klaranı, İranı, səni, qeyrilərini qanına gəltan eləyəndən sonra isə beynimdən atmışam hər şeyi! Çünki, Səmədə demişəm OdÜnEyimiz - "dünya"mız ümumiyyətlə düz qurulmayıb elə anlaşılmaz Kainatda! Biz Yerdə necə insanlıqdan məhrum vəhşiləriksə, siz də eləcə hiyləgər, dağıdıcı, vicdansız sadistlərsiniz!
Hamı gülürdü.
Sərvinaz dedi:
- A kişi, inan, bura Ağın içidi!
Bünyad bəy qışqırdı ki, bəs deyilmi?
- Sən nə oyun açırsan başıma! Ağın içi niyə belədi axı?! Dünən cənnət kimi, bu gün Muğanlı küllüyü! Quyu! Meyit, iy-qoxu!
Sərvinaz dedi:
- Meyit deyil o, ay yazıq. "Qoca"n Xəlvətin meyitini apardılar qohumları, Qonaqlı qəbristanında dəfn elədilər. Səni yatırmışdıq, onda çürümüş Yevrey Xəlvətin beynindən bir az işıq çıxdı, o işıq "Ruh" - ƏrAğ hamanca Xəlvət Rəhimə çevrildi. Yatır indi. Vaxtı çatanda oyadacaqlar, şüur verəcəklər.
Bünyad bəy arvadına hey qışqırırdı:
- Fırıldaqdı hamısı!.. Yaxşı, bu heç! Bəs o QaraSu?! Babanıoğlunun körpüsü?! Qamışlıq?! Bu lapatka-filan nədi?!
Sərvinaz dedi:
- Kinodu, ay yazıq kişi! Məni necə görürdün hər gecə o Zversovxozda, yeraltı evində? Bu da eləcə kinodu də, SafAğ işığın içində Yerin mənzərəsini göndəriblər bura, olub Babanıoğlunun korpüsü, qamışlıq, küllük, quyu, lapatka və sairə! Əyil, götür o lapatkanı, görəcəksən boşa çıxdı əlin. Əyil, deyirəm, götür o lapatkanı!
Bünyad bəy əyilib əlini lapatkanın sapına üzatdı. Boz, köhnə ağac parçası əvəzinə əli nə isə yumşaq, soyuq, nəm bir şeyə toxundu. Eyni anda lapatka, küllük, Bağıyeyən tağı, küpələr, quyu yoxa çıxdı və Bünyad bəy özünü dünən gördüyü şehli çəmənlikdə gördü.
Sərvinaz deyirdi:
- Başa düşdün? Bax! Hanı yolayrıcı?! Hanı Çinar gölü?! Hanı çinar ağacı, ocaq?! İnandınmı ki, heç yana getməmisən Ağdan?
Bünyad bəy xeyli o yan-bu yana boylana-boylana qalıb, birdən dəhşət içində geri atıldı. "Qoca"sının sağ-solunda iki nəfər ağ geyimli, ağ saqqallı qoca sallağı oturub, ağ mələfə üstündə çılpaq uzanmış Xəlvətə nə isə deyirdilər. Xəlvətin kirpikləri, dodaqları titrəyirdi. Gözlərinin kənarlarından yaş süzülürdü.
Bünyad bəy özünü ələ almağa, toxtamağa çalışıb, qocaların Sözlərinə diqqət yetirdi:
- O bədən qəbirdə qalıb, Rəhim. Bu bədən sənin təzə bədənindi, Rəhim. Axirət dediyiniz, o dünya dediyiniz dünyadasan indi sən, Rəhim. Atanı, ananı görəcəksən burda. Əzizlərinə qovuşacaqsan, Rəhim...
Sərvinaz dedi:
- Xəlvət Rəhim Yerdə necə çürüyübsə, büsbütün əxlaqsız əzizləri də eləcə çürüyürlər. Fikir vermə o qocalara!
Qorxma, Bünyad!
Gəl, deyirəm. Nə durmusan!
Bünyad bəyin qıçları tutulmuşdu.
Bağırırdı ki:
- Bu adam KQB-nın polkovniki olub, başının tükü sanı adam öldürüb, tonlarla narkotika satıb nayomniklərə - qatillərə! Yerdə gedən müharibənin ən fəal qaniçənidi bu, "Qoca" polkovnik köpəyoğlu. Bunda ƏrAğ tapılıb?! Kainat sakini olacaq bu?! Düzünü de, Sərvi, budamı kinodu?!
Şaqqıltılı, cingiltili gülüş çəməni götürdü. Sərvinin sözləri seçilirdi:
- Bəs necə, ay yazıq Hökmdarımız! Bəs necə, ay qatılimiz! Bax, indi bax, hanı "Qoca"?!
Nə "Qoca" vardı, nə də qocalar.
Sərvinaz ciddiləşmişdi:
- Sənin öldürdüyün it Yerdədi, küllüyün yanında iy verir! Heç kəs aparmayacaq onu ordan, dəfn eləməyəcəklər. Qurdun-quşun dişində didim-didim olacaq "Qoca"n, hər sümüyü bir dərəyə düşəcək!.. Gəl! Bura gəl! Dərs davam eləyəcək!
Alcaq, enliyarpaq kolların aralarında büdrəyə-büdrəyə, hamar otlu, alçaq təpəyə doğru gedib, Səmədlə Musanı təpənin aşağısında, süfrənin ayağında görəndə istər-istəməz ayaq saxladı.
Səməd dikəldi, soruşdu ki:
- Niyə dayandın?
Bəyin gözləri Səmədin gözlərinə dirənib qalmışdı. Axırıncı dəfə min doqquz yüz səksən səkkizinci ilin axırında Qonaqlı ilə Qurbanlı kəndlərində gördüyü qara gözlər əvəzində Bünyad bəyə yam-yaşıl gözlər baxırdı.
Bəy udqundu.
Səməd dedi:
- Nə demək istəyirsən?
Bünyad bəy dedi:
- Sən Səməd deyilsən!
Səməd rişxəndlə dedi:
- Bıy! Niyə, a kişi?.. Bax gör bəlkə Musa da o Musa deyil?
Bünyad bəy baxdı. Türməndə o qar içində öldürdüyü Musanın o tutqun gözləri də yam-yaşıl idi.
Səməd dedi:
- Xoflanma, bəy. Gəl əyləş. Bir az dərs al.
Bünyad bəy dedi:
- Başınıza dəysin dərsiniz! Bu nədi belə? Sehrkarsınız, nəsiniz? - dedi.
- Ad barədə düz deyirsən, Yerdəki təhrif ad - "Səməd" burda SimOddu. Yerdəki təhrif Musa isə burda BağSardı. Əlbəttə, çaşdıran gözlərimiz idi. Onu da bildim.
Səməd dedi:
- Bayaq mən sənə demədimmi "İblis" hər sifətə düşə bilər.
Səmədlə birlikdə hurilər gülüşdülər.
Səməd dedi:
- Allahın sağ əli İblis təkdi, Bəy. Bəs biz niyə ikiyik? Qulaq as!
Tariximizdə bir hadisə olub. Çox danışmışam, sən də eşitmisən ki, Qreklər son dəfə bizim Bağdayı dağıdanda camaatımız bilirmiş ki, Ulu Bağ ƏsƏlMən BağSar Türməndə imiş. Çobanlar arasında "Musa ağa" adı ilə tanınsa da, bilirmişlər ki, BağSardı, həmincə qədim-qayım "Musa peygəmbər" adı ilə tanınan kişidi bu. Yüyürüşüblər üstünə ki, camaatımız özünü kürə tökür, çoxu boğulur, Qreklər də geridən çatha-çatdılar. Neyniyək? "Musa ağa" OdAğÜzdən xahiş eləyib, bax bizim bu möhkəm işığı salıb - körpü saldırıb Kürün üstündən, tökür keçib, Qreklər yetişəndə körpü yoxa çıxıb. Qazaxda bizim bircə ƏrSar - "ritsar" dəstəsi qalıbmış, hücum eləyiblər. Bu əhvalatı çaparlar ƏrEyə çatdırıblar. ƏrEydə, yəni o birisi baş şəhərimizdə məmurlar tez atlanıblar, atları dəyişə-dəyişə dayanmadan gəlib, Kürdən keçib, indiki Poylu stansiyasından təxminən on verst o yanda qoyunları yunundan tanıyıb gediblər, görüblər göydən işıq zehi düşüb bir çobanın başına, səs eşidilir, "Sağdı Sarınız", yəni bağSar rütbəsində olan Ulu Bağ ƏsƏlMən sağdı, gedin səcdə edin, aparın EyÜnAğa (yəni "Qazaxa")1 Sarlığını eləsin... bu yaşıl işıqları gözlərimizə göndərən həmin o SafAğımız BağSar AğEyin kiçik qardaşıdı, Bəy, yəni ƏlAğ EySarımızdı. Görürsənmi "Allahımız necə məzəli işlərlə məşğuldu. Mənim gözlərimdə irsi yaşıl rəng əslində bir nöqtə qədərdi. Əmma EySar bu gözləri indi yam-yaşıl göstərir sənə, biləsən, bu EvƏrEy rəngidi, Saf təbiət rəngidi bu rəng. Sən - təhrif insan isə yırtıcılıqdan başqa heç nəyə qadir deyilsən, bəy! Çaşma, mən həmin Şüşəlidə ölən Səmədəm, fərqim budu ki, gəncləşmişəm, ƏlAğ ESarımızla yaşıd - otuz dörd yaşlı gənc olmuşam. Sən mənə yenə zülm eləsən, yaşım yenə artar, saçım ağarar, tökülər, Bəy. Sağ ordundakı iri pis yara şişginliyinə görə "Orduqozdu" ləqəbilə tanınan o bədbəxt də dönüb həmin bədbəxt olar.
davamı