(Mirzə Cəlilin eyni adlı pyesi əsasında)
Dörd məclis və beş pərdəli komediya
MÜƏLLİFDƏN: Mirzə Cəlil mənim üçün günəşdi, havadı, sudu, torpaqdı. Mənə elə gəlir ki, onlarsız yaşamaq mümkün olmadığı kimi mən Mirzə Cəlilsiz də yaşaya bilməzdim və bilmərəm. Və Mirzə Cəlil elə bir yazıçıdır ki, yüz dəfə oxuyursan, təzədi. Elə bil birinci dəfədi oxuyursan. Hər dəfə oxuyanda sənin üçün ayrı bir dünya açılır. Mirzə Cəlilin vaxtında bilmirəm neçə Qurbanəli bəy olub, neçə Novruzəli, neçə Xudayar bəy, neçə Şeyx Nəsrullah... amma bunlar indi o qədər çoxdular ki?!
Çoxdandı məni ağrıdan bir dərd içimdə yaraya dönüb. Nə qədər eləyirdim o dərdi içimdən çıxara bilmirdim, yaza bilmirdim. Gücüm çatmırdı. Bilmirəm neçənci dəfədi yenidən "Ölülər"i oxuyurdum. Və Mirzə Cəlil əlini əbədi dünyadan atdı mənim qəlbimdəki o dərdi dartıb qopartdı. Görən Mirzə Cəlil məni bağışlayarmı ki, mən onun "Ölülər" əsərini belə yazmaq qərarına gəldim?!
Söz hörmətli oxucunundu.
Məclislərin əhalisi
Tasye - 60 yaşında
Brat - onun köməkçisi, 45 yaşında
Həsənqulu -Çadır şəhərinin ağsaqqalı
Fatmanisə -onun arvadı
İsgəndər -onun oğlu, 25 yaşında
Cəlal- kiçik oğlu, 12 yaşında
Nazlı -qızı, 17 yaşında
Hacı Baxşəli
Hacı Kərim
Hacı Kazım
Məşədi Oruc
Mir Bağır ağa
Heydər müəllim - qaçqınkom
Əli bəy - qaçqınkomun məsul işçisi
Mirzə Hüseyn - müəllim
Kərbəlayı Vəli
Dörd nəfər bığıburma
Əhvalat vaqe olur Çadır şəhərində
BİRİNCİ MƏCLİS
Həsənqulunun evi. İsgəndərin otağı. Küncdə dəmir çarpayı, qabağında bir miz, üstündə 2-3 kitab, 2 stul. Müəllim Cəlala dərs deyir.
CƏLAL: (qabağında kitab, duruxa- duruxa oxuyur) Moy neym Cəlal.
MİRZƏ HÜSEYN: (ucadan) Moy yox, ay tupoy, moy yox!
Moy uruscadı. Urus çezdi ey, day urus yoxdu. Leninlə qurtardıq. İndi day pulun üstə Leninin şəkli yoxdu ey, Vaşinqtonun şəkli var. İndi amerikalı var, indi ingilis var, Çörçill, Elton Con, qandın? May! May!
CƏLAL: Qandım müəllim, qandım. May!
MİRZƏ HÜSEYN: Di bir də oxu.
CƏLAL: May nəyimg
MİRZƏ HÜSEYN: Nəyim nədi, ə? Yox bir bəyim! Neym! Neym! Oxu!
CƏLAL: May neym iz Cəlal.
MİRZƏ HÜSEYN: Ay maşallahg
(Bu vaxt bir nəfər girir içəri, tövşüyə-tövşüyə.)
KİŞİ: Həsənqulu evdədi?
CƏLAL: Atam gedib Bərdə bazarına.
(Kişi çıxıb gedir, müəllim əsəbiləşir.)
MİRZƏ HÜSEYN: Ədəbsiz, ədəbsizin biri ədəbsiz! Allahın bir salamını da vermədi, çox vacib imiş. Harda qaldıq.
CƏLAL: Moy nəyim Cəlal.
MİRZƏ HÜSEYN: Ay tupoy, sənə indicə dedim axı, moy yox, moy uruscadı. May! Nəyim yox, neym!
CƏLAL: May neym iz Cəlal.
(Bu vaxt İsgəndər girir içəri, "Vartan, Vartan" deyə bir iti də içəri gətirir).
CƏLAL: Qağa, sən Allah, iti içəri gətirmə, iyrənirəm. Vallah, atam bilsə səni şülüyəcək. Qoy dərsimi oxuyum.
(İsgəndər iti buraxır, papağın atır bir tərəfə, yayxınır çarpayıya, bir siqaret çıxarır)
MİRZƏ HÜSEYN: (İsgəndərə) İsgəndər bəy...
İSGƏNDƏR: Ə, day mən müəllim deyiləm, məni zavuç qoydular. (Gülür)
MİRZƏ HÜSEYN: (Başını bulayır) Yaxşı, ol zavuç. (Amma yenə deyir) İsgəndər müəllim, yaxşı oldu gəldin. Xahiş edirəm bu Cəlala başa sal ki, dərsini oxusun.
İSGƏNDƏR: Baş üstə, baş üstə. Amma mənim sözümə qulaq asan kimdi. Odur ey, Allahın Vartanı da sözümə baxmır. Nə qədər elədim içəri girmədi. Ha... ha... ha...
MİRZƏ HÜSEYN: Yox, elə buyurma. Sən böyüksən. Cəlal da ağıllı oğlandı. Sənin sözünə baxar. Bu qədər zəhməti ki onun yolunda mən çəkirəm, atası çəkir, gərək o da elə edə ki, zəhmətimiz bada getməyə. Məgər Cəlal görmür ki, ingilis dilini bilməyən bir qəpiyə dəyməz. Adam ki, ingilis dilini bilmədi, onun nə xətri olar, nə də qədir-qiyməti. İnsan elm sahibi olmalıdı.
İSGƏNDƏR: Deyirsən yəni Cəlal televizora baxmır, qəzet-jurnal oxumur? Görmür ki, nə elmin bir qəpiklik hörməti var, nə də alimin bir qəpiklik qiyməti. O kəsin ki elmi var, onun mənim kimi hörməti yoxdu. O kəsin ki Əli bəy-müəllim kimi hörməti var, onun da elmi yoxdu. Cəlal bilmir ki, professor əlində üç-dörd kilo soğan, kartof, yarım kilo ət dayanacaqda avtobus gözləyir, əynində də geyilməkdən dakrona dönmüş kostyum, amma qulağısırğalı gədələr mersedeslərdə ötür. Allah qoysa, qaqama bir mikrafon alacam, anamın da bir sırğasını qulağına taxıb aparacam Bakıya ulduz yarışına. Bəlkə bu Çadır şəhərindən canı qurtara. Ha... ha... ha...g
MİRZƏ HÜSEYN: Cəlal, İsgəndər müəllim zarafat eləyir. Ulduz yarışı nədi? Sən ingilis dilin öyrən. Odur ey, Əli bəy- müəllim on-on beş kəlmə ingiliscə bilir, o boyda qaçqınkomda o boyda vəzifədə işləyir, bəy balası kimi yaşayır.
CƏLAL: Müəllim, fikir vermə, qağam vurub.
İSGƏNDƏR: (gəlir Cəlalın yanına, ağzına üfürür) Mən kefliyəm ə, küçük?! Hanı?
CƏLAL: (üz-gözünü turşudur) Qağa, vallah, yenə girdirmə araq içmisən.
İSGƏNDƏR: (ucadan gülür) Yalan deyirsən. Araq içməmişəm, konyak içmişəm, özü də "Göygöl".
MİRZƏ HÜSEYN: Cəlal, mən gedirəm. Sənə təzə dərs vermirəm. Bugünkün yaxşı oxumamısan. Yaxşı hazırlaş. İsgəndər müəllim, səndən də çox xahiş edirəm bu uşağı da öz gününə salma.
(Bayaqkı kişi yenə tövşüyə-tövşüyə girir içəri)
KİŞİ: Həsənqulu evdədi?
CƏLAL: Ay əmi, axı bayaq dedim ki, dədəm gedib Bərdə bazarına.
(Kişi gedir, həyətdə it hürür kişinin üstə)
MİRZƏ HÜSEYN: (Öz-özünə) Ədəbsiz oğlu ədəbsiz, yenə salam vermədi, çox vacib imiş.
İSGƏNDƏR: (qapıya tərəf gedir) Küş, küş, küş. Ha, ha, ha! Küş, Vartan, küşg Heyvanına şükür, Allah!
CƏLAL: Qaqa, vallah dədəm gələndə deyəcəm ki, İsgəndər camaatın üstünə it fısqırdır.
İSGƏNDƏR: Qaqa, o it deyil, səndən ağıllıdı.
MİRZƏ HÜSEYN: (Öz-özünə) Yiyəsinə oxşayıb.
İSGƏNDƏR: Mən də deyəcəm ki. Cəlal yenə dərsini bilmirdi. Ha, ha, ha! (Gülüb qurtarandan sonra gəlir Cəlalın yanına) Yox, qorxma, demərəm. Mən səni çox istəyirəm. Amma qağayın sözünə baxmamaqda bir az yaxşı eləmirsən. Dədəyin bu bisavad müəllimə verdiyi pula gündə iki dənə Smirnov arağı eləyir. O pulu verərdi mənə. Hər gün iki araq alardım, biri səhər üçün, biri axşam. Özüm sənə dərs deyib adam eliyərdim. Yoxsa, may neym kərtənkələ, may fazə Həsənqulu, may mazə Fatmanisə. Ha... ha... ha... İngilis dilini bilməklə adam olmaq mümkün olsaydı onda elə bütün ingilislər adam olardı da.
MİRZƏ HÜSEYN: Bağışlayın, İsgəndər müəllim. Hərçənd ki, bəndəniz tərəfindən sizə nəsihət vermək ayıbdı. Amma uşaq tayfasına o cür sözləri deməyiniz bir az yaxşı deyil. Siz özünüz o boyda universitet bitirmisiniz, qardaşınıza deməkdən ki, səy elə, elm dalınca get, ingilis dilini öyrən. Başlayırsız ona olmayan sözlər deməyə.
(Bayaqkı kişi yenə gəlir)
KİŞİ: Həsənqulu evdədi?
İSGƏNDƏR: Evdədi, evdədi. O biri otaqda "Aşkı memnu"ya baxır.
CƏLAL: Qağam yalan deyir. Əvvəla televizorumuz iki gündü xarab olub. Sənə də bayaq dedim ki, dədəm gedib Bərdə bazarına, qoyun satmağa.
MİRZƏ HÜSEYN: Ay müsəlman, bir Allahın salamını ver, sonra söz soruş da.
KİŞİ: Əşi, nə salam?! Dünya dağılır, sən də salam hayındasan.
(Kişi gedir, İsgəndər onun dalınca qaçır)
İSGƏNDƏR: Məşədi, getmə, dədəm evdədi. Vartan, Vartan...
MİRZƏ HÜSEYN: Yaxşı, xudahafiz, mən getdim. (başını bulaya-bulaya gedir)
İSGƏNDƏR: (gülə-gülə müəllimin dalınca) Müəllim, dərsi yarımçıq qoyub hara gedirsən, mən ölüm getmə. Gəl Cəlala ingilis dili öyrət. Oxuyub xarici işlər naziri olsun. Bəlkə Qarabağı qaytardı. (Cəlalın əlindən kitabı alır).
CƏLAL: Ver kitabımı.
İSGƏNDƏR: Cəhənnəm ol.
(Cəlal qorxub qaçır)
(İsgəndər bir az onun dalınca baxandan sonra gedib oturur çarpayıda, cibindən bir konyak şüşəsi çıxarır, çəkir başına. Sonra kitabı açıb baxır)
İSGƏNDƏR: Tanıyıram səni. Mən də səni bir az oxumuşam. On beş il bundan əvvəl. Həmin bu Çadır şəhərində. Mənim də müəllimim mənə elə hey nəsihət verərdi ki, bala, səy elə, dərslərini yaxşı öyrən, get alim ol. Amma bu dılğırların heç birindən eşitmədim ki, desin, bala, oxu adam ol. (yenidən konyakı başına çəkir) Elm bax, buna deyərlər.
CƏLAL: (başını qapıdan içəri uzadır) Qağa, vallah dədəm gələndə deyəcəm.
İSGƏNDƏR: Cəlal, bilirsən Sokrat nə deyirmiş?
CƏLAL: Sokrat kimdi?
İSGƏNDƏR: Sokrat bir adam idi. Bu gördüyün adamlar kimi adam yox ey, bunlar həşəratlardı, əsl adam... Deyirmiş ki, mən dərs oxumamış elə xəyal edirdim ki, dünyada bir zad bilirəm, amma elm oxuyandan sonra yəqin elədim ki, heç zad bilmirəm. Neynirsən oxuyub, onsuz da Sokrat kimi sonra görəcəksən ki, heç zad bilmirsən. İndi məndən qaçırsan, deyirsən ki, kefliyəm. Amma and olsun Qarağacı qəbiristanlığına ki, sən də mənim kimi dərs oxuyub qurtarandan sonra adamlarla həşəratları bir-birindən ayıracaqsan. Görəcəksən ki, dörd yanın həşəratdı və bu həşəratlarla bacarmırsan, başlayacaqsan qağan kimi butulkanın dibində yatmağa. Ha... ha... ha!
(Həsənqulu çox havalı və ləhləyə-ləhləyə girir içəri)
İSGƏNDƏR: Ata, nə xəbər?
HƏSƏNQULU: Deyirlər İtqapan rayonunu qaytarıblar!
İSGƏNDƏR: (təəccüblə) Nə deyirlər?
HƏSƏNQULU: Deyirlər İtqapan rayonunu qaytarıblar.
İSGƏNDƏR: Day, deynən Qurbanəli bəyin kefidi ki?..
HƏSƏNQULU: Qurbanəli bəy kimdi ə?
İSGƏNDƏR: Dədə, mən ölüm, Qurbanəli bəyi, o boyda İtqapan rayonunun icra başçısı Qurbanəli bəyi tanımırsan? (Gülür). Dədə, İtqapanı doğrudan qaytarıblar? Lap padnosda?!
HƏSƏNQULU: Gic-gic danışma ə, nə padnos?
(İsgəndər qəh-qəhə çəkib qaçır eşiyə)
HƏSƏNQULU: Allah sənə lənət eləsin! Bu da bizim oxumuşlarımız. İt oğlu yenə keflidi. Heç kefli olmasa da belə şeylərə inanmaz. Nə ATƏT-i tanıyır, nə BMT-ni. Əlimdə-ovcumda olanları da satıb-sovub göndərdim oxumağa, bilmirəm hansı cəhənnəmdə dərs oxudu, gör indi nə günə qalıb. Allah mənə lənət eləsin, bir də uşağı kafirlərin yanında dərs oxumağa göndərsəm. Axı deyən gərək San-Marinonu qoyub bunu niyə Leninqrada göndərdin axı? Camaatın uşağı gedib oxuyub biznesmen olur, rəis olur, prokuror olur. Bunu heç qaçqınkomda Allahın yardım paylayan işinə də götürmədilər.
HACI BAXŞƏLİ: (tövşüyə-tövşüyə girir içəri) Həsənqulu, Həsənqulu! Deyirlər İtqapanı qaytarıblar.
HƏSƏNQULU: Hə! Hə! Brat hətta mənə məktub da göndərib. Bütün günü Bərdədə mal bazarında olmuşam, amma belə bir şey eşitmədim. Heç televizorda da deməyiblər. Görünür belə məsləhətdi.
HACI BAXŞƏLİ: ATƏT-in qüdrətindən heç bir şey uzaq deyil, ermənilər öz başlarına İtqapanı qaytarmazlar ki!
İSGƏNDƏR: (başını qapıdan içəri uzadır) Dədə, mən ölüm, Martunini də üstündə cehiz verməyiblər ki?!
HƏSƏNQULU: Cəhənnəm ol!
HACI KƏRİM: (tövşüyə-tövşüyə girir içəri) Həsənqulu, deyirlər İtqapanı qaytarıblar?!
HƏSƏNQULU: Bəli, elədir, hacı! Əyləş.
HACI KAZIM: (tövşüyə-tövşüyə girir içəri) Həsənqulu, Həsənqulu, deyirlər İtqapanı qaytarıblar?
HƏSƏNQULU: Bəli, hacı, elədir, doğrudur.
(Məşədi Oruc və onun dalınca bir dəstə adam tövşüyə-tövşüyə girirlər içəri)
MƏŞƏDİ ORUC: (bir əlində kağız, hər iki əlini göyə qalxızıb) Min şükürlər olsun sənin kəramətinə, ATƏT. Sənin kəramətinə inanmayan kafirdir. Budur ey, Bratın məktubu. Həsənqulu, al ver Məşədi Oruc oxusun, camaat eşitsin, yoxsa heç kim inanmır.
MƏŞƏDİ ORUC: (Yenə hər iki əlini göyə qalxızıb başlayır ağlamağa, pencəyinin qolu ilə gözünün yaşını silir, başlayır oxumağa) "Ey mənim əziz və mehriban qardaşım Həsənqulu!..
HƏSƏNQULU: Can Həsənqulu...
MƏŞƏDİ ORUC: Bu məktub sənə çatan kimi əvvəlcə camaatı yığ başına, müjdə ver. Ondan sonra bacım Fatmanisəni mən əvəzdən öp. De ki, qardaşın Brat Rafaello deyil ki, rüşvət alıb sözünü tutmaya!
Sonra oğlun İsgəndəri bas bağrına, de ki, tezliklə Brat əmin sənə öz şəhərinizdə viski içirəcək, özü də Şotland viskisi. Ey mənim əziz və mehriban qardaşım Həsənqulu! Ola bilər ki, İtqapanın qaytarılması xəbəri sənə və bir para qəlbiqara müxalif adamlara təəccüblü görsənə. Min lənət olsun o kəslərə ki, ATƏT-in qüdrətinə şəkk gətirirlər.
ADAMLAR: (hamı birdən) Min lənət!
MƏŞƏDİ ORUC (oxuyur) Qardaşım Həsənqulu! İtqapanda və İtqapandan savayı on-on beş kənd də öz sahiblərinə qaytarılacaq. Mən buraları abıra saldıraram. Bir həftəyə özüm gələcəm. İndi müxtəsər surətdə bunu deyə bilərəm. Bütün bu əməllərin başında böyük qardaşımız Təsye durur. Təsye cənabları neçə ildi buna çalışırdı. Neçə illər Avropada ümumi xalqları inandırandan sonra təşrif gətirib İrəvana, burda da çox əziyyətlər çəkəndən sonra, bu məsələni yoluna qoyub. Macəranın təfsilini inşallah, gələndə özüm dil-cavabı nağıl elərəm, sən də eşidib mat və heyran qalarsan. Ey mənim qaçqın və məcburi köçkün qardaşım Həsənqulu! Bu məktubu sənə yazmaqda məqsədim səni xəbərdar etməkdir ki, sizləri öz ailəsindən də çox sevən o gözəl insan, cənab Təsye bu gün İrəvandan çıxacaq, Tiflisdən keçib gələcək sizin şəhərciyinizə. Məqsədi sizin şəhərciyinizdə bir-iki gün qalıb məcburi köçkün və qaçqın qardaşlarımızı ziyarət eləyib, bəzi məsələləri sizinlə məsləhətləşməkdir.
(adamlar ağlayır)
Bu məktub sənə yetişən kimi bu xəbəri məcburi köçkün və qaçqın qardaşlarıma yetirəsən ki, Təsye cənablarının pişvazına çıxıb, o gözəl-göyçək vücuda layiqincə ehtiram göstərsinlər. Və bəlkə Təsyenin fəzilətinin kəramət və mərhəmətindən itqapanlılar kimi digər qarabağlılar da öz ev-eşiklərinə dönə bilsinlər. Vəssalam! (hər iki əlini göyə qaldırır) ATƏT, sənə şükür! Sənin kəramətinə inanmayanlar namərddilər!
HACI BAXŞƏLİ: (təəccüblə) Deməli, sabah Təsye cənabları bizim şəhərciyə təşrif gətirəcək.
MƏŞƏDİ ORUC: Bəli, bəli. Məktubdan belə məlum olur, belə yazılıb. O biri həmsədrlər də gələcəklər.
HACI KAZIM: A kişilər, doğrudan o boyda adam bizim ayağımıza gələcək? Dedin nə vaxt gələcək?
HACI KƏRİM: Yəni şəxsən özü gələcək?
HƏSƏNQULU: Əşi, kişi yazıb gələcək, deməli gələcək də! Gedin hazırlıq görün.
ADAMLAR: (hərəkətə gəlirlər, bir-birlərinə deyirlər) Day niyə durmuşuq?!
HƏSƏNQULU: (üzünü camaata tutub) Vallah, məəttəl qalmışam. Yəni həqiqətən bu bir möcüzədir ki, bu şandığalar davasız-şavasız İtqapanı qaytarsınlar.
HACI BAXŞƏLİ: Həsənqulu, sən gərək elə sözləri danışmayasan. ATƏT-in hikmətinə əl aparmaq olmaz. Bir də bu işlər gizlin işlər deyil. Kişilər özlərini öldürürlər bizdən ötrü. Görmürsən o boyda Brat bir Həsənqulu deyəndə beşi ağzından tökülür.
ADAMLAR: Əlbəttə, əlbəttə. Bunların hamısı böyük hikmətdi. Və bizim Qarabağla bağlı nə sirlər varsa hamısı ATƏT-in yanındadır.
ADAMLAR: Yəni uruslar qoyar ki, ermənilər İtqapanı qaytarsınlar?
ADAMLAR: ATƏT-in yanında urus-murus kimidi?! Urus heç çeçenlərlə bacarmır.
HƏSƏNQULU: Day niyə durmuşuq? Deməli, indi Təsye cənabları yoldadı. Durmayın, tədarük görün.
Ə, görün uşaqlar hardadı?
HACI KAZIM: Həsənqulu, bu dəfə qonaqların zəhmətini mən çəkəcəm. Elə həmişə sizə düşürlər. Qoy bir dəfə də bizim çörəyimizi kəssinlər. O kişilər ki, aylarla arvad-uşaqlarını dünyanın o başında qoyub gəlib burda bizim əziyyətimizi çəkirlər, qoy bir dəfə də mən onların qulluğunda durum. Mən də rahat olum. Üzüm həm ATƏT-in, həm də Allahın yanında açıq olsun.

HACI BAXŞƏLİ: Vallah, olmaz. Təsye mənim qonağım olacaq. Atam Fransada əsirlikdə olanda Təsyenin atasıyla bir ton çörək yeyib. Rəhmətlik elə oturub-durub Təsyenin atasından danışardı.
HƏSƏNQULU: Ay Hacı Kazım, hamı bilir ki, sənin itə də əppək borcun var. Həccə gedəndə əlli adamdan borc alıb getmisən, hələ də qaytara bilmirsən. Borclular qapını kəssə, Təsyenin yanında biabır olarsan.
MƏŞƏDİ ORUC: Həsənqulu, sənə qurban olum, qoy bizdə qonaq olsun. Siz hamınız borc-xərc birtəhər həccə getmisiniz, məndən başqa. Özün bilirsən neçə ildi nə illah edirəm mən Həccə gedə bilmirəm. Vallah, elə bilərəm Həcc bizə gəlib.
HƏSƏNQULU: Məşədi, boş-boş danışma. Kişi mənim qonağımdı. İnşallah, hamınız gəlib mənim evimdə ziyarət edərsiz. Tərpənin, vaxt azdı.
(hamı "buyur-buyur" deyib çıxırlar. Otaqda Həsənqulu qalır. Bu tərəfdəki qapıdan Fatmanisə girir içəri)
FATMANİSƏ: Həsənqulu, bu nə xəbərdi, deyirlər İtqapanı qaytarıblar?
HƏSƏNQULU: Fatmanisə, day durmaq vaxtı deyil, ev-eşiyi sahmana sal. Dünya-aləm bir-birinə dəyib. İtqapan camaatı toy-bayram eləyir. İtqapanı qaytaran Təsye cənabları gəlir, özü də bizə düşəcək, durma.
FATMANİSƏ: Həsənqulu, de görüm bizim şəhəri də qaytaracaqlar?
HƏSƏNQULU: O bağlıdı ATƏT-in kəramətinə.
FATMANİSƏ: Bəs o Brat neçə ildi sənə qardaş, qardaş deyir, niyə elə birinci bizim şəhəri qaytarmadı?
HƏSƏNQULU: Arvadsan, arvad işinə qarış. Görunur kişilər belə məsləhət biliblər. Mən çıxım görüm nə hazırlıq görürük.
(çıxır)
FATMANİSƏ: (əllərini göyə qaldırıb) Ey yeri-göyü yox yerdən var eləyən Allah, məni neçə ildi ağlar qoymusan, ciyərimə dağ basmısan! Ay rəhim ATƏT -Allah bizə kömək olmadı, mən şəhərimizi səndən istəyirəm (ağlayır. İsgəndər girir içəri. Gəlib durur anasının yanında, anasının başını bağrına basır).
İSGƏNDƏR: Yazıq ana!
Pərdə
İKİNCİ ŞƏKİL
(Həsənqulunun evi. Fatmanisə və qızı Nazlı, qonşusu Zeynəb evi səliqəyə salırlar)
NAZLI: (sevinclə anasına) Ana, başına dönüm, ana, qadan alım! Ana, deyirlər bu gələn qonağımız İtqapanı qaytarıb! Qadan alım ay ana, bu doğrudu? (anasın qucaqlayır).
FATMANİSƏ: Ay qız, mən nə bilim?! Mən də sənin kimi. Odur ey, dədənə də məktub yazıb. O boyda adam yalandan yazmayıb ha! İşində ol, qonaqların gələn vaxtıdı. Bu xalçanı bir az bu tərəfə çək. Tez ol! Bir az çəpik tərpən!
NAZLI: Ana, vallah bilmirəm ağlayım, yoxsa gülüm. Vallah, gör ağlıma nə gəlir. Ana, vallah, qonağımıza yalvaracam, onun ayağına düşəcəm (ağlayır), qoy bizim şəhərimizi də qaytarsın.
FATMANİSƏ: Ay qız, qoy bir Təsye gəlsin, yəqin ki, dədən birtəhər yoluna qoyar.
ZEYNƏB: Ay Fatmanisə, sən Allah, ürəyini sıxma. Allah kərimdi. Fatmanisə, görən o kişi nə qüdrətin sahibidir ki, İtqapanı qaytara bilib. Heç o boyda beemte qaytara bilmədi. Bay Allah, kərəminə şükür. Vallah bu gün o qədər dua eləmişəm, heç bilmirəm nə qayırıram. Düzü, bizim o daxma bircə gün də yadımdan çıxmır. Minbir müsibətlə neçə ilə tikmişdik, heç bir ay içində yaşaya bilmədik. Bircə saatın içində yanıb kül oldu. Rəhmətlik kişi tutmasaydı özümü də evin içinə atıb yandıracaqdım.
FATMANİSƏ: Allah rəhim Allahdı, əlbəttə bizə də yazığı gələr. Qoy qaytarsınlar qayıdıb ondan yaxşısını tikəcəyik. Sən get ocağın altına bax.
(Zeynəb çıxır)
NAZLI: Ana, vallah ürəyim bir tikə olub. Kaş evimizi bir də görəydim, ondan sonra ölsəydim də dərdim olmazdı.
İSGƏNDƏR: (oxuya-oxuya girir içəri) Həg Ana, kefin necədi?
FATMANİSƏ: Eh, zəhrimara qalsın kefimi. Sənin dərdin az qalıb məni çürütsün. Xalqın da uşaqları oxuyublar də! Odur ey, hamısı əməlli-başlı adam olublar, hərəsi özünə görə bir qulluq sahibidi. Amma sən, gecə kefli, gündüz kefli. El içində biabır olmuşuq. İçirsən o zəhrimarı, ağzına gələni danışırsan. Nə Allah tanıyırsan, nə də böyük-kiçik. Hələ o nə sözdü dünən Nazlıya demisən. Gəl yapışım əlindən bu xarabadan çıxıb gedək. Ay nə bilim, aparım səni Leninqrada, gir instituta. Elə bircə bu qalmışdı. Sən Leninqradda oxuyub bizi bəxtəvər elədin, qaldı Nazlı. Az qalıram öz əlimlə bir qəbir qazım, girəm içinə canım qurtara.
İSGƏNDƏR: (qəh-qəhə çəkir) Nə danışırsan ay ana, Brat dədəmə yazıb ki, mən əvəzdən Fatmanisəni öpərsən, de ki, onun xətrinə qaytaracam şəhərinizi. İndi sən ölsən Brat küsər, şəhərimizi qaytarmaz. Camaat da goruna tüpürərg Ha, ha, hag
(Zeynəblə Nazlı girir içəri. Zeynəb yastığı düzəldir. İsgəndər gəlib oturur yastığın üstə)
ZEYNƏB: Ə, dur, dur görüm, yastıqları əzmə. Səndən ötrü bunları bura qoymamışam ki! Görmürsən qonaq gəlir.
İSGƏNDƏR: Hey, ay Zeynəb, vallah kələyini duymuşam. Qonağın yolunda bu qədər çalışırsan ki, səndən xoşu gəlsin, səni alıb aparsın Parisə. Badenbadenin mavi gecələri, madam-madmazel... ha... ha... ha... Day bilmirsən ki, indi Fransada arvad almaq dəb deyil, kişi almaq dəbdi. Kişi də kişi alır. Ona görə ölkədə kişi qıtlığıdı. Yazıqlar Əlcəzairdən, Türkiyədən kişi idxal edirlər. Zeynəb, Fantamas kinosunu görmüsən?
ZEYNƏB: Niyə görməmişəm. Kino tapmayanda televiziyalar həftə səkkiz, mən doqquz verir.
İSGƏNDƏR: Orda yaraşıqlı bir oğlan vardı ey, bilirsən kimi deyirəm?
ZEYNƏB: Jan Mareni?
İSGƏNDƏR: Ay maşallah, görürəm adı da yadında qalıb. Zeynəb, indi məlum olub ki, o da kişi deyilmiş (gülür).
ZEYNƏB: Allah ayıbını örtsün.
İSGƏNDƏR: Mənim, yoxsa onların?! Ha-ha...
FATMANİSƏ: (İsgəndərə) Ay yazıq! Sən nəyə inanırsan ki, buna da inanasan. Yaxşısı budur, çıx get, qoy işimizi görək. Barı bu gün özünü adam kimi apar. Ay qız Zeynəb, sən də ona fikir vermə.
MİR BAĞIR AĞA: (içəri girir) Salam-əleyküm.
FATMANİSƏ: Əleyküməsalam, keç əyləş.
İSGƏNDƏR: (Gəlib durur Mir Bağır ağanın qabağında) Mən ölüm, əl ver! Lotusan ey, əl ver. İki ildən bir maşınla arvadı dəyişməsən bağrın çatlayar. Əlişin qatığı, Behbudun çörəyi... Lotusan əl ver.
MİR BAĞIR AĞA: Ayıbdı, ayıbdı! Heç olmazsa anandan utan, abır-həyan olsun.
FATMANİSƏ: Onun həyası olsa heç o sözləri danışar?
İSGƏNDƏR (Bir az təəccüblə özünə baxır) Bəlkə doğrudan məndə heç həya yoxdu. (Əllərini cibinə salıb nə isə axtarır) Baxım görüm bəlkə ciblərimdədi, yox, ciblərim də boşdu. Ə, sən bir ciblərinə bax, bəlkə sənin ciblərində olsun. (Mir Bağır ağa istəyir durub getsin). Mən ölüm incimə. Lotusan ey! Pul olan yerdə həya nəyə lazımdı ey! Heç görmüsən bazarda həya satalar? Bilirsən niyə? Alan yoxdu, pula getmir. Bir də ki, görən mən həyasızam, yoxsa bu binəva qaçqınların malın yeyənlər?
MİR BAĞIR AĞA: Ə, yekə kişisən, bəsdi də! Günah səndə deyil ey, sənin kimi bir axmaqla qohum olmaq istəyəndədi. Heyf Həsənqulu kimi kişiyə ki, sənin kimi oğlu var. (Gedir)
FATMANİSƏ: Bu gədə lap bizi biabır elədi. Rədd ol.
(İsgəndər çırtıq çalıb oynayır)
İSGƏNDƏR: Olmasaydı bizi kimi qaçqınlar, ac qalardı Bağır kimi axmaqlar.
NAZLI: Qağa, sən Seyid Lazım ağanın cəddi, bəsdi.
İSGƏNDƏR: (Yapışır Nazlının əlindən gətirir pəncərənin qabağına) Bax, bax, o kimdi?
NAZLI: Özün bilirsən də, mən nə bilim.
davamı