Cabbar Savalanlı barəsində hökmə etiraz edən 6 gənc saxlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, onlar məhkəmənin qarşısında hay-küy salıb, ictimai asayişi pozub, polisin qanuni tələbinə tabe olmayıblar.
Orada protokol tərtib olunub, izahatları alındıqdan sonra sərbəst buraxılıblar.
O.Mansurzadə polisin jurnalistlərə qarşı sərt rəftarına da münasibət bildirib:
«Jurnalistlə aksiyaçı arasında fərq olmalıdır. Jurnalist peşə fəaliyyəti ilə məşğuldursa, hökmən Mətbuat Şurası tərəfindən verilmiş fərqləndirici gödəkcə geyməlidir ki, bilinsin o, jurnalistdir».
***
Mayın 4-də Sumqayıt şəhər Məhkəməsi Cabbar Savalanlının işi üzrə hökmünü elan edib. AXCP-çi gənc 2 il yarım azadlıqdan məhrum edilib.
Hökm elan olunandan sonra gənclər məhkəmənin həyətində «Azadlıq, Azadlıq!» deyə şüarlar səsləndiriblər.
Bir qrup mülkigeyimli şəxs jurnalistlərin işinə müdaxilə edib, AzadlıqRadiosunun müxbirinin kamerası əlindən alınıb.
Məhkəmənin qarşısında polis bir neçə gənc fəalı saxlayıb.
Saxlananlar arasında AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov da var. O, 7 nəfərlə birlikdə saxlanaraq 3-cü bölməyə gətirildiyini və hazırda onlardan izahat alındığını deyib:
Məhkəmədən sonra baş verənlər
http://www.youtube.com/embed/JrfPifaaKmo
«Mən çəkiliş aparırdım. Yaxamdan vəsiqə asılmışdı, mayor rütbəli bir şəxs fotoaparatımı əlimdən almaq istəyirdi. Gözümə-başıma vururdu ki, təki çəkilişə mane olsun».
C. Savalanlı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham edilir.
Mayın 3-də dövlət ittihamçısı hakimdən AXCP Gənclər Komitəsinin üzvünə 3 il cəza istəmişdi.