Mayın 9-u Sovet ordusu və müttəfiq dövlətlərin faşist Almaniyası üzərində qələbəsindən 66 il keçir.
Hitler Almaniyasının hərbi rəhbərliyi 1945-ci il mayın 8-də təslim olmaq haqqında saziş imzalayıb.
1941-1945-ci illərdə Azərbaycanın 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısı döyüşlərdə həlak olub.
130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft yanacağı göndərib, benzin və sürtgü yağlarına olan tələbatın 75-90%-ni ödəyib.
May 9-u Azərbaycanda da Qələbə Günü kimi qeyd olunur və rəsmi iş günü deyil.