«İşdən sonra» proqramında «Qadın Liderliyi Uğrunda» İctimai Birliyin sədri Ülkər Abdullayeva və yazıçı Əkrəm Əylisli qadının cəmiyyətdəki rolundan danışırlar.
Əkrəm Əylisli:
«Mən elə bilirəm ki, qadından liderdən başqa da nə desən olar. Yəni, qadınlar nə qədər istəyirlərsə, nə istəyirlərsə, onlara hamısını vermək lazımdır. Amma nə qədər istədikləri qədər versən də, axırda bir şey məlum olacaq. Məlum olacaq ki, bunlara bir gözəl-göyçək, mərifətli-qanacaqlı kişi lazımdır».
Ülkər Abdullayeva:
«Bəlkə də haqlısız, hansısa bir qadının arxasında mütləq bir kişi dayanmalıdır. Ancaq belə bir deyim də var ki, hər ağıllı kişinin arxasında ağıllı qadın dayanır. Qadından lider niyə də olmasın? Dünya təcrübəsində kifayət qədər lider olan və bir çox kişilərdən də daha yaxşı idarə edə bilən qadınlar var».
Əkrəm Əylisli:
«Kişinin də ən gözəl idealı, arzuladığı ən gözəl neməti qadındır. Bu şeyləri siyasiləşdirəndə, onun məğzində olan, səmimi, təbii hissiyyat elə orda qalacaq. Mən bu arzudayam ki, səmimi, təbii hissiyyatımız o siyasi ehtiraslarımızı üstələsin. Təbii hissiyyat deyəndə, instinkti deyil, reallığı nəzərdə tuturam. Bizim xalq Şərqdə qadın azadlığına heykəl qoyan ilk və yeganə xalqdır. Bu xalqa yenidən azadlıq meylləri öyrətmək, köləlikdəymiş kimi təsəvvürlər yaratmaq köhnəlmiş təsəvvürlərdir. Mən Azərbaycan xalqını öz qadınına, anasına, bacısına heykəl qoyan gözəl bir xalq kimi görmək istəyirəm».
Ülkər Abdullayeva:
«Mən Sizin yerinizə olsaydım, bu qədər optimist olmazdım. Qadınlar daha çox qadınların ailədə, məişətdə, cəmiyyətdə üzləşdikləri problemlərlə tanışdırlar. Düz deyirsiniz ki, Azərbaycan qadınına bir çox Qərb ölkələrindən daha əvvəl seçim hüququ verilmişdi. Lakin dövr dəyişib artıq. Biz yenidən çadraya doğru meyllənməyə başlamışıq. Qızların erkən yaşdan məktəblərdən çıxarılması, onların erkən yaşlarından ərə verilməsi göstərir ki, biz bir növ geriyə doğru addımlamağa başlamışıq...».