Ell&Nikki qələbə sevincini jurnalistlərlə bölüşürlər

Sizin brauzer HTML5-i dəstəkləmir

"Eurovision 2011"-də Azərbaycan təmsilçilərinin qələbəsini eşidən kimi paytaxtın küçələri şənlik edən insanlarla doldu.


EUROVİSON-2011-İN QALİBLƏRİNİN MƏTBUAT-KONFRANSI


Eurovision-2011 qalibləri Eldar Qasımov və Nigar Camal mətbuat konfransını "Ey əziz anam, Azərbaycan!" mahnısı ilə açdılar.

"Musiqi xalqları yaxınlaşdırır", deyə Eldar Ermənistanın finala çıxmamasına işarə kimi Azərbaycan jurnaslitlərindən verilən suala qısa cavab verdi.

(Mətbuat konfransından videoya mətnin sağındakı MULTİMEDİA sütununda baxa bilərsiniz)

Avstraliya radiosunun jurnalisti maraqlandı ki, Avstraliyadan Bakıya necə gəlmək olar. Və sual etdi:

- Gələn il Bakı Eurovisionu Düsseldorfdakı kimi yaxşı təşkil edə biləcəkmi?

Suala cavab verən Eldar dedi:

- Gəlin Azərbaycana, Bakıya və özünüz görəcəksiniz ki, bizim xalq buna necə ciddi yanaşır və Azərbaycan Eurovision üçün nələr edəcək. Mən əminəm ki, sizin çox xoşunuza gələcək.

http://www.youtube.com/embed/rxs6SOsQP1Q

Nigara sual verildi ki, Londonda yaşamasının onun uğuruna təsiri olubmu?

- Əlbəttə, - deyə Nigar cavab verdi, - mən evdar qadın idim, Eurovision musabiqəsinə qatıldım, indi də burdayam.

BAKIDA DA AZADLIQ MEYDANI DOLDU...


Azərbaycanın paytaxtında da sakinlər "Eurovision 2011"-də qələbəni qeyd etmək üçün Azadlıq meydanına, Bakının küçələrinə axışıblar. Sakinlər Azərbaycan bayraqları ilə paytaxtın küçələrini dolaşıb, "Azərbaycan!" şüarları səsləndiriblər.

Bakı sakinlərinin qələbə sevincindən müxbirlərimizin çəkdikləri video və fotolara bu mətnin sağındakı MULTİMEDİA sütununda baxa bilərsiniz.

GÜNÜN XƏBƏRI ISƏ BUDUR:


Azərbaycan "Eurovision-2011" mahnı müsabiqəsinin qalibi oldu! Eldar və Nigar dueti 219 xal toplayıb və ən yaxın rəqiblərini xeyli qabaqlayıb.

Azərbaycana səs verən ölkələrin siyahısı:

Rusiya - 12
Niderland - 6
Kipr - 8
Ukrayna - 10
Finlandiya - 5
İslandiya - 8
Moldova - 10
Slovakiya - 7
Avstriya - 8
Polşa - 8
İsveç - 3
San-Marino - 10
Türkiyə - 12
İsveçrə - 1
Yunanıstan - 5
Gürcüstan - 8
Fransa - 6
Xorvatiya - 10
Belarus - 6
Rumıniya - 10
Albaniya - 8
Malta - 12
Portuqaliya - 8
Macarıstan - 7
Litva - 8
Bosniya və Hersoqovina - 8
İsrail - 4
Estoniya - 8
Belçika - 3
Latviya - 2

Azərbaycan isə ən yüksək xalı Ukraynaya verib. Gürcüstan Azərbaycandan 10, Yunanıstan isə 8 xal aldı.

Beləliklə, gələn il müsabiqəyə ev sahibliyini Bakı edəcək.