««Eurovision» təkcə mahnı müsabiqəsi deyil, burada siyasi məqamlar da var».
Bu fikirləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Bakıda keçirilən ««Şərq Tərəfdaşlığı» proqramı iki il sonra – nailiyyətlər və çağırışlar» mövzusunda konfransda çıxışı zamanı deyib.
Səfir Azərbaycanın «Eurovision-2012» müsabiqəsinə ev sahibliyi etməsini qızıl imkan adlandırıb:
«Bu, qızıl imkandır, çünki bütün diqqət Azərbaycana yönələcək. Ümidvarıq ki, Azərbaycan bu imkandan ölkənin daha da modernləşdirilməsi üçün istifadə edəcək». /APA/