Elşən Böyükvənd. Zaman Paşazadənin insani yaşamına sunuram

Örpəklər oğrusudur külək
bütün qızların
gövdəsini yalayar,
boyasız axımdı külək
çapar çapar
çapıb
çalar
çuxurları
çulğalayar,
kirli qulaqlar üçün
dilotu yemişdi külək,
yalar darar
darar yalar
qız telini
dondurma yalayan uşaq kimi,
dəlilərdən də özgür
sınırlar sındırandı külək.

http://www.sozunsozu.com/index.php?/site/yazar/128