Prezident uşaqları nə işlə məşğuldur?

İlham Əliyev ailə üzvləri ilə birlikdə


Rusiyanın həftəlik «Аргументы и Факты» qəzeti bu sayında oxucuların suallarına cavab olaraq MDB prezidentlərinin uşaqlarına dair informasiyalara cavab axtarıb.

Azərbaycan prezidenti İlham Əliyev:
Böyük qızı Leyla Əliyeva Moskvada Heydər Əliyev Fondunu təmsil edir və "Bakı" jurnalının baş redaktorudur. Onun bacısı, Arzu, reklam biznesiylə məşğuldur.

Prezidentin oğlu Heydər isə London kollecində təhsil alır.

Rusiya prezidenti Dimitri Medvedev:
15 yaşlı oğlu İlya orta məktəbdə oxuyur.
Lətifə kimi:

«Sual: Lukaşenko ölkəni nə zamana kimi idarə edəcək?

Cavab: Kolyaya qədər.

Ukrayna prezidenti Viktor Yanukoviç:
Oğlu Aleksandr böyük biznesmendir.
Kiçik oğlu Viktor isə Ali Radada deputatdır.

Özbəkistan prezidenti İslam Kərimov:
Qızı Gülnarə - İspaniyada öz ölkəsinin səfiridir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev:
Qızı Darqia bir zamanlar aktiv siyasətlə məşğul olub.

Prezidentin ortancıl qızı Dinara atasının təhsil fonduna rəhbərlik edir.

Qeyri-rəsmi məlumatlara görə isə, Nazarbayevin kiçik qızı tikinti şirkətinə başçılıq edir.

Tacikistan prezident İmomali Rahmon:
7 qızı, 2 oğlu var. Prezidentin bir qızı Düşənbənin mərkəzində butik şəbəkəsini idarə edir.

Başqası – dövlət televiziyasının direktorudur.

Prezidentin üçüncü qızı isə xarici işlər nazirinin müavinidir.

Oğlu Rüstəm isə ölkədə gömrük xidmətlərini yerinə yetirən strukturlardan birinə rəhbərlik edir.