«Baza prinsiplərinin razılaşdırılmasının yaxın zamanlarda həyat keçiriləcəyi bir vaxtda fransalı həmsədri Avropa Birliyinin nümayəndəsi ilə əvəzləməklə Minsk qrupunun formatını dəyişməyin vaxtı deyil». Bunu Beynəlxalq Böhran Qrupunun analitiki Sabine Freizer "Trend" informasiya agentliyinə müsahibəsində deyib.
Onun sözlətinə görə, indi Minsk qrupunun formatını dəyişməyin vaxtı deyil, çünki həmsədrlər inanırlar ki, baza prinsiplərinin razılaşdırılmasına az qalıb.
Sabine Freizer hesab edir ki, yaxın aylarda baza prinsipləri üzrə razılıq əldə olunmasa, beynəlxalq ictimaiyyət danışıqların formatı və seçilən strategiyanın səmərəliliyi barədə ciddi şəkildə fikirləşməli olacaq: «Bu konteksdə AB-nin özünü göstərmək üçün imkanları olacaq».
AB-nin mayın 25-də dərc etdiyi «Yenilənmiş Avropa Qonşuluq Siyasəti» məruzəsində deyilir ki, onlar uzunsürən münaqişələrin həllində iştiraklarını gücləndirməyə hazırdırlar. Məruzədə bildirilir ki, AB hələ təmsil olunmadığı, məsələn, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu kimi formatlarda iştirakını fəallaşdırmağa hazır olmalıdır.
«AB hələ ki nizamlama prosesində, xüsusilə baza prinsiplərinin razılaşdırılacağı təqdirdə hansı şəkildə kömək edəcəyi ilə bağlı strategiya təklif etməyib. Avropa Birliyi fikirləşməli və özünün konkret planını təqdim etməlidir», - Sabina Freyzer bildirib.
Amma ekspert yaxın aylarda tərəflərin baza prinsipləri üzərində sənədi razılaşdıra bilməyəcəklərini və Minsk qrupunun formatının dəyişdirilməsi məsələsinin yenidən qaldırılacağını istisna etməyib.
O, iyun görüşünədək MinskQrupunun olduğu kimi qalacağından əminliyini də bildirib.