BELARUS HAKİMİYYƏTİ MÜRACİƏT EDİB
Belarus hakimiyyəti ölkədəki spiralvari maliyyə böhranından qurtulmaq üçün Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət edib. Baş nazir Mikhail Myasnikovich deyib ki, Belarus 3-5 il ərzində BVF-dən 3,5 - 8 milyard dollar kredit almaq istəyir.
2009 - 2010-cu illərdə Belarusa 3,5 milyard dollar kredit ayırmış BVF vəziyyəti qiymətləndirmək üçün bu ölkəyə missiya göndərib.
BVF-nin sözçüsü Olga Stankova Belarusun maliyyə yardımı üçün təşkilata müraciət etdiyini təsdiqləyib. Bildirib ki, BVF-nin nümayəndə heyəti Belarusda iqtisadi sabitliyin bərpası, iqtisadiyyatın güclü və davamlı artım yoluna qədəm qoyma sı üçün lazım gələn fəaliyyət istiqamətlərini müzakirə edəcək. Nümayəndə heyəti iyunun 1-dən 13-ə qədər Minskdə olacaq.
Belarusun bu xahişi dekabrda keçirilən mübahisəli seçkilərdən sonra kütləvi aksiyaları qəddarcasına yatırdığına görə beynəlxalq təcridə və sanksiyalara məruz qalmış avtoritar prezident Aleksandr Lukaşenkonu yola gətirmək üçün bir imkandır. Minskin BVF-a müraciəti ölkədə əsas ərzaq məhsullarının qiymətinin müvəqqəti dondurulmasından bir gün, Belarus rublunun devolivasiya edilərək dəyərinin 36 faiz aşağı salınmasından bir neçə gün sonraya təsadüf edir.
LUKAŞENKO ÜÇÜN ƏN BÖYÜK SINAQ
Belarusda maliyyə böhranı Rusiyanın Belarusa satdığı enerji məhsullarının qiymətini xeyli qaldırmasından və dekabr seçkiləri ərəfəsində seçki kampaniyasına israfçılıqla pul xərcləməsindən sonra yaranıb.
Böhrana cavab olaraq Belarus Mərkəzi Bankı mübadilə kursuna nəzarəti qaldırıb. Bu da milli valyutanın dəyərinin sürətlə aşağı düşməsinə səbəb olub.
Bu həftə Belarus rublunu bir qədər möhkəmləndirmək və spiralvari inflyasiyanın qarşısını almaq üçün Mərkəzi Bank uçot dərəcəsini 2 faiz artıraraq 16 faizə çatdırıb. Böhran adamların əsas ərzaq məhsulları aldığı mağazaların və valyuta dəyişmə məntəqələrinin qarşısında uzun növbələrin yaranmasına gətirib çıxarıb. Bu böhran 17 ilik hakimiyyətdə olan Lukaşenko üçün ən böyük sınaqlardan birinə çevrilib.
Rusiyaya loyal siyasətinə və Rusiya neftinin Avropaya nəqlinə görə uzun illər Belarus iqtisadiyyatına subsidiya ayırmış Rusiya indi bu ölkəyə birbaşa kredit verməkdən imtina edib. Moskva Rusiya, Belorus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın daxili olduğu Avrasiya İqtisadi Birliyinin xətti ilə 3 milyard dollarlıq kredit təklif ilə çıxış edib. Bunun əvəzində Belorusun bu il ərzində ölkənin 3 milyard dollarlıq aktivlərini satışa çıxarmağı da təklif edir. Bu isə Moskvaya Belorusun iri neft emal müəssisləri, qaz boru kəməri sistemi, mobil telefon provayderi daxil olmaqla ən gəlirli strateji dövlət müəssisələrini ələ keçirmək imkanı verəcək.
LUKAŞENKO DEYİB Kİ...
Lukaşenko deyib ki, heç vaxt ölkənin strateji əmlakını Rusiyanın təklif etdiyi qiyməyə satmayacaq. Baş nazir isə deyib ki, BVF-nin krediti Avrasiya İqtisadi Birliyinin təklif etdiyi kreditdən 50 faiz ucuzdur.
Kredit qarşılığında siyasi islahatlar aparılmasını tələb etmək BVF-un mandatı olmasa da bəzi ekspertlər inanırlar ki, BVF həbsdə olan müxalifət fəallarının azad olunması üçün hakimiyyətə təzyiq edə bilər.
Mərkəzi Bankın keçmiş rəhbəri Stanislav Boqdaneviç:
«Qeyri-rəsmi olaraq onlar demokratiya tələb edəcəklər. Hökumət də əgər bu kreditləri almaq istəyirsə, siyasətini liberallaşdırmalı olacaq».
Belorusun BVF-a müraciəti pərən-pərən salınmış müxalifətdə də bir ümid yaradıb. Prezident seçkisində Lukaşenkonun rəqibi olmuş Ales Mixayleviç BVF-u ayıracağı istənilən kreditin qarşılığında fəalların azad olunmasını tələb etməyə çağırıb.
İsveçin xarici işlər naziri Carl Bildt də deyib ki, BVF-nun yardımı siyasi islahatlarla əlaqələndirilməlidir: “Siyasət dəyişdirilməlidir, əks halda heç bir yardım olmayacaq”.