Xarici İşlər nazirlərinin görüşü iyunun 11-də olacaq

Sergey Lavrov, Edward Nalbandyan və Elmar Məmmədyarov

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair keçirəcəyi üçtərəfli görüşün tarixi dəqiqləşib.

Görüş iyunun 11-də Moskvada keçiriləcək.

Bu barədə «APA»ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.

Görüş prezidentlərin iyunun 25-də Kazan sammitinə hazırlıq məqsədi daşıyır.

ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ AZƏRBAYCANDA SƏFƏRDƏDİRLƏR

ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) Azərbaycanda səfərdədirlər.

Səfər çərçivəsində həmsədrlər Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünə hazırlıq məsələləri müzakirə olunacaq.