İyunun 17-də cümə namazından sonra Suriyanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib. Təhlkəsizlik qüvvələrinin etirazçılara atəş açması nəticəsində azı 16 nəfər həlak olub.
Şahidlər Homs, Banias, Deir el-Zour, Dael və paytaxt yaxınlığında etirazlar olduğunu bildirirlər.
Kütləvi aksiyaların qarşısını almaq üçün cümə günü ölkənin şimalındakı Maarat al-Numan və Khan Sheikhoun şəhərlərinə Suriya ordusunun qoşunları yeridilib.
Ordu gücü ilə yanaşı Suriya rəhbərliyi siyasi addımlar da atmağa cəhd edir. İyunun 16-da Suriyada ən böyük biznes sahələrinin sahibi kimi tanınan prezident Bashar al-Assad-ın yaxın qohumu da iş dünyasından çəkildiyini elan edib.
Suriyada bu ilin martından bəri prezident Bashar al-Assadın rejiminə qarşı etiraz aksiyalarına polisin müdaxiləsi ilə çox sayda adam həlak olub.