Azərbaycan Nazirlər Kabineti «Nəzarət kitabçası» haqqında Əsasnamə»yə dəyişikliklər edib.
Qərara əsasən, sahibkarlıq subyektlərində yoxlama aparılanda, «Nəzarət kitabçası»na bu yoxlamanın vahid məlumat reyestrindəki kodu da əlavə olunmalıdır.
Bundan başqa, əsasnaməyə yeni bənd əlavə olunub. Bu bəndə əsasən, yoxlama vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlamanın aparılması üçün vəzifəli şəxs bu reyestrdə yoxlamanın qeydə alınması barədə çıxarışı sahibkara təqdim etməlidir.
Bunsuz yoxlamaya başlamaq olmaz.