İslam dini xeyriyyəçiliklə bağlı nəyi vacib bilir? Özünü müsəlman sayanlar ildə bir dəfə - Ramazanda başqasına əl tutmaqla işlərini bitmiş saya bilərlərmi? Niyə Azərbaycanda xeyriyyəçilik lazımi səviyyədə inkişaf etməyib?
Bu suallar ətrafında “İslam və demokratiya” verilişində müzakirə açılıb.
İlahiyyatçı Hacı Mirmehdi Seyidhüseyni deyir ki, İslam dininin əsası elə xeyriyyəçiliyin inkişafı, insanların bir-birinə yadımı üzərində qurulub. Belə ki, İslamın vacibatının ikisi - xüms və zəkat sırf maddi yardıma aiddir:
“Deyilir ki, müsəlmanlar gəlirlərindən artıq qalanını aztəminatlı insanlara çatdırmalıdır. “Bəqərə” surəsində möminlərin sifətini sıralayanda “Onlar ruzilərindən paylayarlar” deyilir. Başqa ayələrdə isə buyrulur ki, artıq qalandan yox, sevdiyiniz şeylərdən pay verdiyinizə görə ən yuxarı səviyyəyə qalxa bilərsiniz, bacardıqca ehsan verin”.
DİNDƏN UZAQ OLAN ADAMIN QƏLBİ BƏRKİYİR
Hacı Mirmehdiyə görə, Ramazan ayında insanlar daha çox paklandıqlarına görə, məhz bu dövrdə xeyriyyə işlərinin sayı çoxalır:
“İnsan dininə, imanına yaxınlaşdıqca saflanma əmələ gəlir, onda bu cür əməllərə meyl də çoxalır. Ona görə Ramazanda xeyriyyəçilik edənlərin sayı çoxalır. Dindən uzaqlaşan adam qapalı olur, qəlbi bərkiyir, belələrinin digərlərinin dadına yanması çətin olur”.
TƏLƏBƏLƏR TƏQAÜD HESABINA YARIBƏDƏN QADIN ÜÇÜN EV TİKİBLƏR
“El Anası” Xeyriyyə Cəmiyyətinin sədri Dilşad Soltanmurad qızı indi Azərbaycanda xeyriyyəçilərin olduğunu, amma onların sayının o qədər də çox olmadığını deyir. Onun sözlərin görə, konkret İslam Universitetinin tələbələri öz təqaüdləri hesabına böyük işlər görürlər:
“Bakı kəndlərindən birində bir xanım var, qatar üstündən keçib, yarısı yoxdur. Tələbələrin köməyilə onun üçün məişət avadanlığı alınıb, hətta hamam da tikilib. Bəzi iş adamları da belə işlər görür”.
NİYƏ BİZİM MİLYONÇULAR AMERİKADAKI KİMİ DEYİL
Dilşad xanım 2004-cü ildə Amerikada olarkən orda milyonçu insanların birbaşa xeyriyyə tədbirlərindən iştirak etdiyinin, kasıb insanlara yemək bişirib payladıqlarının şahidi olub:
“Çox təəccübləndim ki, niyə biz belə deyilik? Niyə bizim imkanlı adamlarımız belə etmir? Düzdür bizdə də var, savab iş görən biznesmenlər. Məsələn, bir cavan oğlan var, əri ölən uşaqlı qadınlarla 2 sot torpaq alır, plastikdən ev tikib təhvil verir. Heç adını da bizə demir. Amma bu cür adamların sayı azdır”.
D.Soltanmurad qızı hesab edir ki, bu cür yaxşılıqlar kasıblardan daha çox imkanlı adamların özlərinə sərfəlidir. Çünki belə edəndə onların sərvəti güclənir, mələklər tərəfindən qorunur.
SAVABINI BAŞA DÜŞSƏLƏR, ÖTDÜ-ÖTDÜYƏ ÇIXARLAR
İlahiyyatçı Hacı Mirmehdi də hesab edir ki, xeyriyyə işlərini aşkarda görməyə ehtiyac var. Çünki bu, digərləri üçün bir növ təşviq və təbliğ ola bilər:
“İnsan var, amma başa düşmür ki, mən niyə kiməsə nəsə verməliyəm? Heç kim düşünməsin ki, Allah mənə nə veribsə, hamısı mənimdir. Bu paydan başqalarına da çatmalıdır.
İnsan anlasa ki, bu yaxşılıq onlar üçün nə deməkdir, bəlkə də bu işdə ötdü-ötdüyə çıxarlar”.
QANUN XEYRİYYƏÇİLİKDƏ ŞƏFFAFLIĞI TƏMİN EDƏCƏK
Milli QHT Forumu isə hesab edir ki, ölkədə xeyriyyəçilik fəaliyyəti də qanunla tənzimlənməlidir. Forumun prezidenti Rauf Zeyninin sözlərinə görə, artıq onların hazırladığı “Xeyriyyəçilik haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub:
“Qanun qəbul edilsə, hər hansı bir xeyriyyə əməli bu sənədlə tənzimlənəcək. Biz bu məsələdə beynəlxalq təcrübədən istifadə edə bilərik - xeyriyyəçiliklə bağlı layihələri vergidən azad etmək olar. Bu, həm özəl sektorun inkişafına yardım edər, onların xeyriyyəçiliyə marağını artırar, həm də bu sahədə şəffaflığa təmin verər”.
Dilşad Soltanmuradqızı isə tək qanunla məsələnin yoluna qoyulacağına inanmır və şüurlarda inqilaba ehtiyac olduğunu düşünür: “Bizdə xeyriyyə toxumları var bunu dərk etsələr, bir dənə də kasıb qalmaz”.
BURDA DA KORRUPSİYA OLSA, İNSANLARIN ÜZÜ DÖNƏR
Hacı Mirmehdi isə bu qanunun düzgün tətbiqinin vacib olduğunu düşünür:
“İnsanlar burda da rüşvətxorluq aldatma, korrupsiya görsələr, birdəfəlik həm xeyriyyəçilikdən, həm də qanundan üzləri dönər. Məmurlar da başa düşməlidirlər ki, insan mənəviyyatına aid məsələlərdə qanun mütləq işləməlidir”.