Hollandiyadakı müsəlman və yəhudilər əti kənardan gətizdirəcəklər
Hollandiya parlamentinin qəbul etdiyi qanun halal əti qadağan edir. İribuynuzlu heyvan kəsilməsini tənzimləyən qanun tətbiq olunmağa başlasa, bu ölkədəki müsəlmanlar və yəhudilər dinlərinə uyğun kəsilmiş əti yeyə bilmək üçün onu kənardan gətizdirməli olacaqlar.
Hollandiya mətbuatına müsahibə verən müsəlman və yəhudi icma başçıları bu qadağanın tətbiq ediləcəyi təqdirdə ət yeməkdən imtina edəcəklərini, yaxud ölkədən çıxıb gedəcəklərini bildiriblər.
Qanun artıq Hollandiya parlamentinin Aşağı Palatası tərəfindən qəbul edilib. Lakin sənədin qüvvəyə minməsi üçün Yuxarı Palatanın də səsi lazımdır.
Əgər qanun tətbiq edilməyə başlansa, onda Hollandiya Yeni Zelandiyadan sonra halal əti qadağan edən ikinci ölkə olacaq. İsveçrə, Skandinaviya və Baltik ölkələrində də ət kəsilmə qaydalarnı tənzimləyən qanun hazırlandığı haqqında məlumatlar yayılır.