Vaqif Səmədoğlu. Bu payız da başlandı...

Bu payız da başlandı,

Bu yağış da...

Ölülərim,

Dirilərim dolanır içimdə,

Xatirələr səyriyir gecəmdə,

Təkliyimi minib at tək

Yanır

sönür

ötür ömrüm...

Ekspreslər dayanmayan

Kiçik stansiyalar tək

1964