Vaqif Səmədoğlu. Əlimi uzatdım...

Əlimi uzatdım

sevincə sarı,

Gördüm yox,

arada kədər dayanıb.

Atamı səslədim

köməyə gəlsin,

Gördüm yox,

arada qəbir dayanıb.

Üz tutub gedirdim

Allaha tərəf,

Gördüm yox,

arada ömür dayanıb...

1980