Vaqif Səmədoğlu. Uşaqlığımın meşəsində...

Uşaqlığımın meşəsində
qaçaqlar ocaq çatardılar gecələr.
Və bizi yaxın qoymazdılar uşaqlıqda
uşaqlığımızın meşəsinə,
orda yam-yamlar var deyə.
O meşəni
almanla davadan qaçanlar tutub
qaçaq olmuşdular...
Qurtardı müharibə,
bitdi uşaqlığım,
baltalandı uşaqlığımın meşəsi
Almanla davadan salamat dönənlər oldu
Amma bir kəs
qayıda bilmədi
uşaqlığımın meşəsindən...

1982