Vaqif Səmədoğlu. Ölüm bir gün də tək qoymur məni...

Ölüm bir gün də

tək qoymur məni.

Qoymur onsuz sevib-sevilməyə,

qəmlənməyə-sevinməyə,

istədiyim kimi şeir azmağa.

Bir nəğməyə də qoymur

rahat qulaq asım,

xəyallarda özümü özümə basdırır...

Ömür tənhalıq verdi mənə

ölüm başdan-başa doldurdu

təkliyimin boşluğunu.

Tək, yalqız qoymadı məni,

bir gün də qəribsəmədim bu dünyada

ölüm sarıdan...

1982