Vaqif Səmədoğlu. Allaha, bir də qadına...

Allaha, bir də qadına

deyilməkçün yaranan sözlər

gör kimə deyilir, deyilir hədər.

Bu şeirlərə də

pul veriləcəksə,

onda Allah nəyə gərəkdir,

tənhalıq nəyə?

Yaşamaq da,

ölmək də sənətmiş,

göz yaşı da

dönə bilirmiş çörəyə...

1982