Vaqif Səmədoğlu. O bayrağın kölgəsində...

O bayrağın kölgəsində

Bax həmən o yalqız tində,

Xam dünyanın yedəyində,

tamam sərxoş, it günündə,

Adamsızlıq sifətində,

Adam nədir, bir itin də

İt canında bir bitin də

Xoşuna gəlmədim onda

Azadlıqdan dəm vuranda...

Bax həmin o yalqız tində,

O bayrağın kölgəsində...

1995