İctimai Palatanın 2 aprel aksiyasından sonra saxlanan daha iki nəfərin istintaqı başa çatıb. Müsavat fəalları Əhəd Məmmədli və Rüfət Hacıbəylinin istintaqları iyulun 1-də yekunlaşıb. 5 qurum isə 2 aprel aksiyasında zərər çəkdiklərini iddia edərək məhkəmə qarşısında mülki iş qaldırıb. Şikayət edən şirkətlərdən 4-ü sərnişindaşıma firması, biri isə Daxili İşlər Nazirliyinin idarəsidir. İddiaçılar onlara ümumilikdə 5 min manatdan artıq ziyan dəydiyini bildirir.
«İctimai Palatanın 2 aprel aksiyasından sonra saxlananlar haqqında aparılan istintaq hüquqi nihilizmdir». Bunu isə İctimai Palatanın insan hüquqları və azadlıqlarının müdafiəsi komitəsinin sədri Vidadi Mirkamal deyib. Komitə iyulun 1-də toplaşaraq bəyanat yayıb. Bəyanatda da deyilir ki, 2 aprel məhbuslarına qarşı irəli sürülən ittihamların heç bir hüquqi əsası yoxdur.
«BU HÜQUQİ NİHİLİZMDİR»
Vidadi Mirkamal deyir ki, ortalıqda heç bir dəlil olmadığı halda tutulanlar barədə cinayət işi açılıb, ən böyük hüquq pozuntusu da elə bu zaman baş verib:
«Görüntülər də var ki, onlar necə həbs olunublar. Onların bir çoxları sadəcə «İstefa! Azadlıq!» şüarları səsləndiriblər. Azərbaycan qanunvericiliyində bu şüarları səsləndirmək cinayət deyil. Bu insanları tutublar, sonra 30 nəfərdən ibarət istintaq qrupu yaradılıb və cinayət işi qaldırılıb. Heç bir araşdırma, sübut yoxdur, artıq cinayət işi qaldırıblar. Bu hüquqi nihilizmdir. Onları tutandan sonra cinayətlərini sübut etmək üçün dəlil yığmağa başlayıblar. Başqa sözlə, subyekt var, dəlil yoxdur, artıq cinayət işi açıblar. Ən böyük hüquqi səhvlər də bundan ibarətdir. Ona görə buna qanunsuzluq deyirik».
2 aprel aksiyasından sonra saxlananlardan altı nəfərin istintaqı hələ başa çatmayıb. Saxlananların hər biri Cinayət Məcəllləsinin 233-cü maddəsi ilə - ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə maddəsi ilə ittiham olunurlar. Onlardan dörd nəfərə qarşı həm də ikinci maddəylə - əmlakı qəsdən məhvetmə və zədədləmə maddəsilə də ittiham irəli sürülüb. Müdafiə komitəsi iddia edir ki, istintaq əsassız olaraq uzadılır, iqtidar bununla vicdan məhbuslarından qisas alır.
«QALDIRDIĞIMIZ ÇOXSAYLI VƏSATƏT TƏMİN OLUNMADI»
2 aprel məhbuslarının vəkilləri də istintaq işinin qeyri şəffaf və ədalətsiz keçirilməsi fikrindədirlər. Əhəd Məmmədlinin vəkili Yalçın İmanov deyir ki, obyektiv istintaq aparılmayıb:
«İstintaq daha çox qərəz və siyasi sifariş istiqamətində çalışdı. Təqsirləndirilən şəxslərə, konkret olaraq müdafiə etdiyim Əhəd Məmmədliyə münasibətdə, onun tərəfindən hər hansı bir cinayətin törədilməsini təsdiqləyən dəlil ortaya qoyulmadı. Qaldırdığımız çoxsaylı vəsatət və məhkəməyə ünvanlanmış şikayətlərimiz təmin olunmadı».
«İSTİNTAQ HƏRTƏRƏFLİ VƏ OBYEKTİV APARILIR»
Baş Prokurorluğun sözçüsü Eldar Sultanovsa bütün bu deyilənləri əsassız hesab edir. Deyir ki, istintaq Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun, hərtərəfli və obyektiv aparılır.
SİYASİ MƏHBUSLARA MADDİ DƏSTƏK
İctimai Palatanın insan hüquqları və azadlıqlarının müdafiəsi komitəsinin tədbirində o da deyildi ki, 2 aprel məhbuslarının ailələri maddi sıxıntı çəkirlər. Onların hüquqlarının müdafiəsi üçün də maddi dəstəyə ehtiyac var. Bu məqsədlə də qərara alındı ki, İctimai Palatanın Siyasi Məhbuslara Yardım Fondu yaradılsın. İndi bu insanlara maddi dəstək göstərmək istəyən hər kəsin fondun bank hesabına pul köçürmək imkanı var. Məhbus ailələri komitənin bu addımını müsbət qiymətləndirib. Hazırda həbsdə olanlardan Elnur İsrafilovun dayısı İbrahim Məmmədov deyir ki, Kürdəxanı istintaq təcridxanasında saxlanan qohumlarına elə təkcə baş çəkməyin hər dəfəsi 60-100 manata başa gəlir:
«İmkan yoxdur. Kürdəxanıya getmək üçün taksi tutsan gəlib 60 manata çıxır, digər şeyləri də təmin etsən 100 matan lazım gəlir. Mən Zülfüqarın da ailəsini görmüşəm. Ən çox onun ailəsinin köməyə ehtiyacı var, evdə xəstə uşaqları var».
«SİYASİ MƏHBUS PROBLEMİ ÖZ HƏLLİNİ TAPACAQ»
2 aprel məhbuslarına qarşı qaldırılan ittihamlar məhkəmədə əsaslı sayılarsa, onlar 3 ilə qədər azadlıqdan məhrum edilə bilərlər. Tədbirdə iştirak edən hüquq müdafiəçiləri isə bu məsələdə optimist olduqlarını deyirlər. Novella Cəfəroğlu bildirib ki, Strasburqda keçirdikləri görüşlər, müxtəlif beynəlxalq qurum təmsilçiləri ilə söhbətlər əsnasında bu qənaətə gəliblər ki, bu ilin dekabrınadək Azərbaycanda siyasi məhbus problemi öz həllini tapacaq.