May ayında Vatikan Məxfi Arxivlərində Azərbaycana aid sənədlərin aşkarlandığı xəbərini vermişdik. Artıq sənədlərin xeyli hissəsi Bakıya gətirilib. MEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərli ilə söhbəti təqdim edirik.
--Fərid bəy, Vatikan Məxfi Arxivlərindəki sənədlərin gətirilməsi xəbərinə sevindik. Hansı sənədlər gəlib?
60 QƏDİM ƏLYAZMA CD-YƏ YAZILIB VƏ BAKIYA GƏTİRİLİB
-- Bildiyiniz kimi, iki ay əvvəl bu arxivlərdə apardığımız tədqiqatlar nəticəsində Azərbaycana aid 60 qədim əlyazma aşkar edilmişdi. Bunlar orta əsr müəlliflərinin--alimlərimizin, şairlərimizin—Nizaminin, Füzulinin, Nəsiminin, Marağayinin, Nəsrəddin Tusinin və indiyədək bizə məlum olmayan müəlliflərin əsərləri idi. Bax, indi onların CD-yə yazılmış surətləri rəqəmsal variantda Əlyazmalar İnstitutuna gəlib.
TƏDQİQATLAR BAŞLAYACAQ
--Çox gözəl! Bundan sonra nə etmək fikrindəsiniz?
--Bundan sonra tədqiqata başlayacağıq. Bir qismi başqa dillərdədirsə--məsələn, ərəb-fars dillərində--tərcümə olunacaq, başqaları transliterasiya ediləcək, yəni latın qrafikinə çevriləcək, daha sonra onların üzərində tədqiqatlar aparılacaq ki, Azərbaycan tarixini, mədəniyyətimizin tarixini daha dərindən öyrənək.
«KİTABİ-DƏDƏ QORQUD» DÖVRÜNƏ AİD ƏLYAZMA TAPILIB
--Fərid bəy, lütfən, gələn sənədlər barədə oxucularımıza, dinləyicilərimizə daha ətraflı bilgi verin.
--Məsələn, orada türk dilində--o dövrdə Azərbaycan dilinə türk dili deyirdilər-- indiyədək bizə məlum olmayan çox gözəl hekayələr kitabı var. Bu da bizim dilimizi, Azərbaycan ədəbiyyatının tarixini öyrənmək baxımından olduqca vacibdir. Təsəvvür edin ki, biz bu əsərin varlığından xəbərsizdik. Çox qədim əsərdir. Təxminən, «Kitabi-Dədə Qorqud» dövrünə aiddir, dili də həmin eposun dilinə oxşayır. Folklor nümunəsidir, XV əsrə aiddir. Bu əsər bizim anadilli ədəbiyyatımızı zənginləşdirir və qədimləşdirir.
NİZAMİNİN ƏSƏRLƏRİ—MİNİATÜRLƏRLƏ!
Bundan başqa, Nizaminin nəfis əlyazmaları tapılıb. Orada miniatürlər də var. Orta əsr sənət nümunələri hesab edilən bu miniatürlər indiyədək bizə məlum olmayıb. Sonra orada Nəsiminin kitabları, qəzəlləri var. Həm türk dilində, həm də farsca. Marağayinin farsca əsərləri var. Nəsrəddin Tusinin əsərləri var—bunlar təkcə nücum elminə deyil, riyaziyyata, coğrafiyaya, tibbə və s. elm sahələrinə aid əlyazmalardır. Orada Ərdəbildən, Şamaxıdan, Naxçıvandan, Dərbənddən, Bakıdan olan müəlliflərin bir çox əsərləri var ki, bizə indiyədək məlum olmayıb və ya bu müəlliflər haqqında məlumatımız az olub. Artıq həmin əsərlər əlimizdədir və bunları öyrənərkən Azərbaycan elminin, ədəbiyyatının həqiqətən də qədimliyini sübut edə biləcəyik. Onları öyrənməklə biz həm də mədəniyyət tariximizi öyrənəcəyik. O biri cəhətdən, Azərbaycanın dünyada təbliği üçün müəyyən işlər görülür və bu əsərlər haqqında xarici dərgilərdə--ingilis dilində və başqa qərb dillərində məlumatlar hazırlanır. Bu da mədəniyyətimizin dünyada təbliği üçün vacib işdir.
ƏLYAZMA KİTABLAR SÜRPRİZLƏRLƏ DOLUDUR
--Fərid bəy, söylədiniz ki, Nəsiminin türkcə və farsca qəzəlləri var. Maraqlıdır, onların arasında bizə məlum olmayanlar da varmı?
--Onların arasında bizə məlum olmayanlar var. Onlar təzə gəldiyindən dəqiq söz deyə bilmərəm. Sözsüz ki, tədqiq edəcəyik. Əlyazmanın bir xüsusiyyətin sizə deyim. Tutaq ki, Nəsiminin qəzəllər kitabı bizdə də var, amma Vatikan nüsxəsi ondan fərqlənə bilər. Çünki o dövrdə kitabı köçürərkən xəttatlar və kitabı tərtib edənlər müxtəlif nüsxələrə fərqli şeylər əlavə edirdilər. Orada da elə məqamlar var.
ƏLYAZMA LARIN TƏDQİQİ İLLƏR İSTƏYİR…
Sizə bildirim ki, əlyazmanın tədqiqi çox mürəkkəb məsələdir, aylarla, illərlə vaxt tələb edir və biz məsələyə təzə başladığımızdan, gələcəkdə daha çox faktlar, həm də maraqlı faktlar əldə edəcəyik. Onu da deyim ki, bu bir adamın işi deyil, böyük bir kollektiv bu işlə məşğul olmalıdır. Çünki burada ərəbşünaslar, fars dili mütəxəssisləri, türkoloqlar, müxtəlif elmlər üzrə (məsələn, orta əsr nücum elmi və s.), həmçinin fəlsəfə üzrə mütəxəssislər iştirak etməlidir. Məsələn, orada orta əsr Azərbaycan filosofu olan Şihabəddin Sührəvərdinin fəlsəfə üzrə əsərləri, Murtuza Qulu Şamlının tibb üzrə əsərləri var. Dediyim odur ki, əsərlər həddindən artıq çoxdur və hərəsinə individual yanaşma lazımdır. İnşallah, hamısı Əlyazmalar İnstitutunda tədqiq olunacaq. Bir də vurğulamaq istəyirəm ki, orta əsr əlyazmasının tədqiqi olduqca mürəkkəb bir işdir. Sözsüz ki, buna illər gedəcək. Amma bu proses artıq başlayıb və buna sevinmək olar.