Əli Lərim. Tolstoyvarı

(1-ci variantda)


O çəkdi tilovu
balığı tutdu.
Açıb tez-tələsik
sahilə atdı.
Yuyanda əlini
baxıb arxaya
Sürüşdü, qəflətən
yıxıldı suya.
Atılıb-düşürdü
balıq quruda.
Batırdı,
çıxırdı
balıqçı suda.
Balıq deyirdi ki,
- Çək. məni batır.
Balıqçı deyirdi:
- Əlimmi çatır?
Tut mənim burnumdan,
at qumlar üstə!
- Balıqçı, sən məndən
başqa şey istə...