«İşdən sonra» proqramında AXC-nin fəallarından olmuş Müsavat başqanı İsa Qəmbər və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı yaxın keçmişdən danışırlar:
İsa Qəmbər:
«Xalq Cəbhəsinin yaranması Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir. Xalq Cəbhəsi SSRİ-nin çökməsində, Azərbaycanın müstəqilliyini qazanmasında həlledici rol oynayan amildir. Bu birmənalı şəkildə qeyd edilməlidir. Biz də təbii ki, fəxr edirik ki, bu cəbhənin qurulmasında rolumuz, iştirakımız olub. Cəbhəçi dostlarımız hərdənbir bizə yarızarafat, yarıciddi sataşırlar ki, digər partiyalar-siz hamınız Xalq Cəbhəsinin şinelindən çıxmısınız. Biz də elə yarızarafat, yarıciddi onlara xatırladırıq ki, bəli, biz Xalq Cəbhəsinin şinelindən çıxmışıq, amma o şineli biz tikib sizə vermişik. Biz bu günlə daim fəxr edirik. Sonrakı günlərə gəldikdə isə, heç bir şey dünyada daimi deyil. O hərəkatı yaradanlar hesab edirəm ki, tarixi bir missiya həyata keçiriblər. Sonrakı mərhələdə insanların bəziləri fərqli fikirlərə bölündülər, bəziləri yanlış yollara getdilər, bəziləri sındılar, bəziləri yoruldular. Bu tarixi bir prosesdir. Bunun normal olduğuna gəldikdə isə, bundan fərqli proses dünyada yoxdur. Dünyada elə bir təşkilat yoxdur ki, onun yaradıcıları 40 il, 50 il yollarına birlikdə davam etsinlər. Belə olmur. Yoxdur. Hətta rok qrupları da yaranır, 5-6 il sonra parçalanmağa başlayır. O ki qaldı, böyük bir hərəkatın əsasını qoyan təşkilat- Azərbaycan Xalq Cəbhəsi olsun. Onu quran adamların bəziləri bu gün Azərbaycan xalqının rəyində çox mənfi obraza malikdirlər. adlarını çəkmək istəmirəm. Bəziləri siyasətdən uzaqlaşıblar, bəziləri dünyalarını dəyişiblər. Mən dünyasını dəyişənlərin Elçibəy başda olmaqla ruhlarının şad olmasını istəyirəm. Yolunu azanlara isə Allahdan onların günahlarının bağışlanmasını arzu edirəm. Yolunu düz gedən, cəbhənin qədrini bilənləri isə bir daha təbrik edirəm».
Sabir Rüstəmxanlı:
«Mən İsa bəyin dedikləri ilə razıyam. Çünki təşkilat önəmli deyil ki, təşkilatlar yaranır, işini görür, ya adını dəyişir, ya parçalanır, onun vəzifəsi bitir və fəaliyyəti qurtarır. Əsas odur ki, hansı yolla milli ideallara, xalq ideallarına xidmət etmək olar. Hansı insan öz yerini harada görürsə və vicdanla o işə xidmət edirsə, onun adının nə olmasından asılı olmayaraq önəmli olan onun gördüyü işdir, əməlləridir və keçdiyi yoldur. Yol birdir. Azərbaycanın bütövlüyüdür, müstəqilliyidir, millətimizin ideallara qovuşmasıdır. Təbii ki, amallara xidmət etməyənlər də var, təsir altına düşənlər də var. Yanlış, sadəlövh düşüncələrdən doğan şeylər də oldu. Mən hər şeyə bir xəyanət damğası və ya ağır bir damğa vurmaq istəmirəm. Bu adamların çoxu bizim silahdaşlarımızdır. Paralel yol gəlmişik. Mürəkkəb bir dövrdən keçmişik».
Verilişi tam olaraq buradan dinləyin: